...

Milli domen "az" yeni təhlükəsizlik protokoluna keçiriləcək

Telekommunikasiya Materials 11 Avqust 2010 19:28 (UTC +04:00)

Azərtbaycan, Bakı, 11 avqust /Trend, müxbir Q.Vəliyev/

"IntraNS" şirkəti milli domen "az"ı "DNSSEC" yeni təhlükəsizlik protokoluna keçirib. Bu barədə Trend-ə çərşənbə günü "IntraNS" şirkətinin baş direktoru Faiq Fərmanov deyib.

Fərmanovun sözlərinə görə, "DNSSEC" (Domain Name System Security Extensions) protokolu sınaq rejimində işə salınıb, onun tam işə salınması isə əksər ölkələrin bu təhlükəsizlik standartına keçdikdən sonra gözlənilir.

"IntraNS"ın texniki bazası "DNSSEC" protokoluna tam keçməyə hazırdır. Lakin onun tətbiqi çox məsuliyyətli işdir, bununla əlaqədar "az" domeninin tam keçirilməsi gözlənilməz hadisələrin baş verməməsi üçün hələ ki yubadılır, onların baş verməsi problemlərə gətirib çıxara bilər. Odur ki, biz tətbiqlə bağlı tələsmirik və kütləvi keçidi gözləyirik. Oxşar siyasəti ölkələrin çoxu aparır", - Fərmanov qeyd edib.

Fərmanovun sözlərinə görə, sınağın davam etdiyi müddətdə problem qeydə alınmayıb.

"DNSSEC" alqoritmi rəqəmsal imzalardan istifadə etməklə DNS sisteminin bəzi arxitektur zəifliyini aradan qaldırmağa imkan verir. Hazırda "DNSSEC" Avropa üç domen zonasında istifadə olunur. Bununla belə, üstsəviyyəli domenlərin 10-da texnologiya dəstəyinin yaxın vaxtlarda tətbiqi nəzərdə tutulur. Daha altı domen inzibatçıları "DNSSEC"in tətbiqi üçün 2 ildən 5 ilədək müddətin lazım olduğunu bildirirlər.

"DNSSEC" servisinin tətbiq olunduğu Avropanın üstsəviyyəli milli domenlərindəki qeydiyyatçılar onlara pulsuz daxil ola bilirlər. Qeydiyyatçı-şirkətlər tərəfindən texnologiya imkanlarına hələ ki ciddi maraq göstərilmir. Bunun başlıca səbəbi onun tətbiqi ilə kifayət qədər praktiki təcrübənin olmamasıdır və "DNSSEC"in rəqəmsal imzasının yalnız Avropa ölkələrinin üstsəviyyəli domenlərində qeydə alınan 0,05 faiz domen adlarında olması ilə bağlıdır.

"DNSSEC"dən istifadə üzrə dünya təcrübəsinə gəldikdə, hazırda bu texnologiya 20 domen zonada tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti