...

Azərbaycanın dövlət rabitə operatoru nömrə tutumunu 31,2 min ədəd artırıb

Telekommunikasiya Materials 2 Dekabr 2010 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Gəncə telekommunikasiya qovşağının NGN (Next Generation Network - gələcək nəsil şəbəkəsi) bazasında 454 və 455 saylı ATS-lərin yenidən qurulması üzrə işləri başa çatdırıb. Bu barədə nazirliyin məlumatında deyilir.

NGN avadanlığının tədarükçüsü qismində Çinin "Huawei Technologies" şirkəti çıxış edir.

Əvvəllər hər ATS-in payına 10 min nömrə düşürdüsə, NGN-in tətbiqi operatora şəbəkənin nömrə tutumunu əlavə olaraq daha 5-7 min ədəd artırmağa imkan verib.

Nazirliyin məlumatına görə, yeni stansiyaların nömrə tutumu 15 min (454 saylı ATS üçün) və 12 min (455 saylı ATS) təşkil edir, 454 saylı ATS-də genişzolaqlı ADSL-portalların sayı 1024 ədəd, 455 saylı ATS-də isə 512-dir.

Ümumilikdə operator tərəfindən genişzolaqlı internetin 2,8 mindən çox yeni portalının istismara verilməsi üzrə işlər başa çatdırılıb.

Dekabrın 6-da qeyd olunan rabitəçilərin peşə bayramı münasibətilə İB bütün respublikada 24,2 mindən çox nömrə cəlb etməyi planlaşdırır, Gəncə telekommunikasiya qovşağının nömrə tutumunu da nəzərə alsaq, bu rəqəm 31,2 min ədədi ötəcək.

Xəbər lenti

Xəbər lenti