...

Azərbaycan peyk orbitlərindən istifadə üzrə beynəlxalq qaydaları müzakirə edəcək

Telekommunikasiya Materials 6 Dekabr 2010 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir H.Vəliyev/

Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU - International Telecommunication Union) üzv ölkələrinin nümayəndələri mobil telefonların gələcək standartları haqqında əsas texnoloji məsələlərin müzakirəsinə başlayıblar. Bu barədə bazar ertəsi ITU-nun məlumatında deyilir.

Məsələ bu gün Cenevrədə başlayan və dekabrın 10-dək davam edəcək Ümumdünya radiorabitə seminarı (World Radiocommunication Seminar 2010 - WRS-10) zamanı müzakirə olunur.

Seminarda Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi təmsil edir.

Bundan əvvəl Trend-ə DRİ-nin beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin rəisi Mehdi Ağagülovun dediyi kimi, Radiotezliklər İdarəsinin mütəxəssisləri seminar zamanı yerüstü və kosmik xidmətlər tərəfindən radiotezliklərdən istifadə üzrə beynəlxalq aspektləri öyrənəcəklər.

Seminar iştirakçıları radiotezlik spektrindən və peyk orbitlərindən istifadə üzrə beynəlxalq qaydaları, 3D televiziyası, rəqəmsal yayım, aviasiya və dəniz xidmətləri sahələrindəki hadisələri, eləcə də peyk şəbəkələrinin koordinasiyasını müzakirə etməyi planlaşdırırlar.

Seminarda iştirakçılara 2012-ci il yanvarın 23-dən fevralın 17-dək Cenevrədə keçiriləcək ITU-nun Ümumdünya radiorabitə konfransına hazırlığa kömək məqsədilə əsas texniki və normativ-sorğu informasiya da təqdim ediləcək.

WRS-10 seminarında radiorabitənin gələcəyini müəyyən edəcək beynəlxalq qaydalar üzrə mühüm iş aparılacaq. Bu yaxınlarda ITU tərəfindən gələcək nəsil genişzolaqlı mobil rabitə IMT-Advanced-in platforması ilə bağlı qərar qəbul edilib.

LTU ətraflı qiymətləndirmədən sonra qərara gəlib ki, LTE-Advanced və Wireless MAN-Advanced platformaları dördüncü nəsil rabitəsi (4G) kimi baxıla biləcək rəsmi IMT-Advanced işarəsi ilə göstərilməli, eləcə də LTE və WiMAX və 3G texnologiyalarına tətbiq edilməlidir. İKT-nin ətraflı xüsusiyyətləri, gözlənildiyi kimi, 2012-ci ilin əvvəlində ITU-R-in (ITU-nun radiorabitə sektoru) yeni redaktəsi ilə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti