Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir H.Vəliyev/
Yanvarda Azərbaycan Rabitə və İnfromasiya Texnologiyaları Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin Efir nəzarəti şöbəsi tərəfindən 337 ədəd qeydiyyatdan keçməmiş radioelektron vasitə aşkar olunub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı DRİ-nin məlumatında deyilir.
Ötən il ərzində Dövlət Radiotezliklər İdarəsi tərəfindən 75 müəssisə və təşkilata texniki baxış keçirilib.
Aşkar olunan qeydiyyatdan keçməmiş radioelektron vasitələrin ümumi sayından 81 ədədi möhürlənib, qalan 256 vasitə üzrə qeydiyyat prosesi həyata keçirilir.
Radioelektron vasitələrin istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən 17 protokol tərtib edilib və müvafiq tədbirlər görülüb.