...

Azərbaycan Avropanın iri təhlükəsizlik sistemləri istehsalçısının məhsullarının satışı üzrə ən yüksək həcm göstərib

Telekommunikasiya Materials 12 Fevral 2011 13:03 (UTC +04:00)
Azərbaycan "Kasperski laboratoriyası" şirkətinin məhsul satışı üzrə Cənubi Qafqaz regionunda ən yüksək həcm göstərib. Trend-in məlumatına görə, bu barədə şənbə günü şirkətin məlumatında deyilir.
Azərbaycan Avropanın iri təhlükəsizlik sistemləri istehsalçısının məhsullarının satışı üzrə ən yüksək həcm göstərib

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan "Kasperski laboratoriyası" şirkətinin məhsul satışı üzrə Cənubi Qafqaz regionunda ən yüksək həcm göstərib. Trend-in məlumatına görə, bu barədə şənbə günü şirkətin məlumatında deyilir.

Məlumata əsasən, "Kasperski laboratoriyası" məhsullarının ən yüksək satış həcmini "MONT Azərbaycan" şirkəti göstərib.

Qlobal dəyişikliklərə baxmayaraq, 2010-cu il "Kasperski laboratoriyası" gözlənildiyindən də uğurlu olub.

2010-cu ildə "Kasperski laboratoriyası" EEMEA regionunda (Mərkəzi Avropa, Yaxın Şərq, Afrika, Şərqi Avropa və Mərkəzi Asiya) müsbət nəticələr verən yeni tərəfdaşlıq proqramını həyata keçirib. Business, Premier və Enterprise Partner statusları ilə tərəfdaşların sayı təxminən dörd dəfə artaraq 200-ə çatıb. Şirkət tərəfindən "Kasperski laboratoriyası" qərarlarının irəliləməsinə yönəldilmiş 50-dən çox səhm keçirilib.

2010-cu ildə şirkətin 2 mindən çox eksperti və tərəfdaşlarının texniki mütəxəssisləri təlim və sertifikatlaşdırma proqramı keçiblər. Bu, 2009-cu ildəki göstəricidən üç dəfə çoxdur. Yeni proqramda həyata keçirilən yanaşma ustalığı ilə seçilir və tərəfdarlara peşəkar artım və gəlirin çoxaldılması üçün böyük imkanlar yaradan bir çox amilləri nəzərə alır.

"Kasperski laboratoriyası" zərərli proqramlar, spam və xaker hücumlarından müdafiə sisteminin istehsalçısıdır. Avropada bu sahədə böyük şirkət olan "Kasperski laboratoriyası" fəal iştirakçıların informasiya təhlükəsizliyinin təminatı üçün proqram həllərinin aparıcı dünyəvi istehsalçıları dördlüyünə daxildir.

"Kasperski laboratoriyası" baş ofisi Moskvada yerləşən və beş regional mənzil-qərargaha malik beynəlxalq şirkətlər qrupudur. Mənzil-qərargahları vasitəsilə Qərbi Avropa, Şərqi Avropa, Yaxın Şərq və Afrika, Şimali və Cənubi Amerika, Asiya - Sakit Okean regionu və Yaponiyada ərazi nümayəndəlikləri və tərəfdaşların fəaliyyət idarəetməsi həyata keçirilir. Şirkətin tərəfdaş şəbəkəsi dünyanın 100-dən çox ölkəsini əhatə edir. "Kasperski laboratoriyası"nın məhsul və texnologiyalarından bütün dünya üzrə 300 milyon istifadəçi yararlanır.

Xəbər lenti

Xəbər lenti