...

Azərbaycanın İT şirkəti elektron ticarət sistemini yeniləyir

Telekommunikasiya Materials 5 Mart 2011 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir H.Vəliyev/

"Kiçik sahibkarlığın inkişafı və stimullaşdırılması" İctimai Birliyi (İB) sizinmarket.az elektron ticarət sisteminin yenilənməsinə başlayıb. Bu barədə şənbə günü Trend-ə İB-nin rəhbəri Aqil Babayev məlumat verib.

Babayevin sözlərinə görə, işlər Azərbaycanın proqram təminatının işlənməsi ilə məşğul olan "Terrasoft" İT şirkəti tərəfindən aparılır.

"Yaxın iki ayda tamamlanması planlaşdırılan işlər reklam meydançasının yenilənməsini və tərəfdaşlıq proqramına bəzi dəyişikliklərin edilməsini nəzərdə tutur", - Babayev deyib.

Tərəfdaşlıq proqramı AzNET seqmentində əməkdaşlığın yeni növüdür. Bu zaman tərəfdaş (insan və ya onun proqramda qeyiyyata alınan Veb-resursu) mal və ya xidmət satıcısı ilə alıcı arasında vasitəçi kimi çıxış edir, göstərdiyi vasitəçiliyə görə isə komission haqq alır.

Sizinmarket.az elektron ticarət layihəsi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə start götürüb.

Layihənin əsas məqsədləri sahibkarlara dəstək, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, yerli və xarici şirkətlərin virtual nümayəndəliklərinin yaradılması, regionların sosial inkişafına, elektron kommersiyanın inkişafına dəstək və s.-dir.

İB-nin gələcək planlarına portalın mobil versiyasının yaradılması da daxildir.

Xəbər lenti

Xəbər lenti