...

Azərbaycanda genişzolaqlı internetin inkişaf konsepsiyası Nazirlər Kabinetinə təqdim ediləcək

Telekommunikasiya Materials 12 Avqust 2011 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir H.Vəliyev/

"2011-2013-cü illər üçün genişzolaqlı internetin inkişaf konsepsiyası" baxılmaq üçün Azərbaycan Nazirlər kabinetinə təqdim ediləcək. Bu barədə Trend-ə cümə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.

Onun sözlərinə görə, hazırda nazirlik səviyyəsində sənədin sonuncu versiyasının razılaşdırılması üzrə işlər aparılır. Strategiyanın qəbul edilməsi respublikanın bütün ərazisində genişzolaqlı qoşulmaların sayını xeyli artırmağa imkan verəcək.

Strategiyada həm infrastrukturun, həm də bilavasitə internet servis provayderlərinin regionlara çıxışına lazımi şəraitin yaradılması üçün kompromis təkliflər əks olunub.

Strategiyada göstərilən mühüm aspektlərdən biri də simsiz Wi-Fi-ın həm paytaxtda inkişaf etdirilməsi, həm də infrastrukturunun genişləndirilməsi və bu texnologiyanın bazası əsasında internet şəbəkəsindən pulsuz istifadə üçün xidmətlərin göstərilməsidir.

Genişzolaqlı internetin inkişaf konsepsiyası internet bazarın genişlənməsinə, respublikanın bütün ərazisi üzrə evdən qoşulmaların sayının artırılmasına yönəlib. Onun inkişafı internet tariflərinə də təsir edəcək. Tariflər tədricən aşağı salınacaq. Yeni konsepsiya perspektivdə internet şəbəkəsindən istifadənin qiymətini iki dəfə azaltmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti