...

Bakcell-dən Sevinc dolu Cümə günü

Telekommunikasiya Materials 29 Sentyabr 2011 19:33 (UTC +04:00)
Azərbaycanın mobil operatoru Bakcell şirkəti öz müştərilərinə daha bir maraqlı sürprizini təqdim edir.
Bakcell-dən Sevinc dolu Cümə günü

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil operatoru Bakcell şirkəti öz müştərilərinə daha bir maraqlı sürprizini təqdim edir. Bu dəfə Bakcell abunəçiləri sözün əsl mənasında ürəkləri istədikləri qədər danışacaqlar.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakcell Bir Günlük Xüsusi Təklif elan edir. Bu təklif abunəçilərə gərgin cümə günü ərzində pul barədə fikirləşmədən zəng etmək imkanını yaradacaq. Bir Günlük Xüsusi Təklif çərçivəsində Bakcell abunəçiləri şəbəkədaxili zəngin hər çıxış dəqiqəsinə görə 2 pulsuz dəqiqə əldə edəcəklər. Bundan əlavə, zəngin bir dəqiqəsi yalnız 0.03 manata başa gələcək və şəbəkədaxili zənglər üçün 2 pulsuz dəqiqə hədiyyə ediləcək.

Bakcell-in bütün CİN, Klass və Gold individual abunəçiləri bu inanılmaz fürsətdən yararlana biləcəklər. Müştərilər sadəcə zəng etdikləri Bakcell nömrəsinin qarşısında *055 yığıb ürəkləri istədiyi qədər danışacaqlar. Bir Günlük Xüsusi Təklif yalnız şəbəkədaxili zənglər üçün nəzərdə tutulub. Pulsuz dəqiqələr yalnız cari zəng daxilində istifadə oluna bilər və digər zəngə köçürülə bilməz.

Bakcell şirkəti sərfəli tariflər və yüksək keyfiyyət sayəsində öz müştərilərinə daha çox dəyər verən xidmətlər təqdim etməkdədir. Bakcell-in sərfəli tarif paketləri və yeni "HədsizCİN", "QazanCİN", "Summer nights", "SMS Nights", "Free SMS Day", "Free MMS Day", "Ramadan Special Offer" kampaniyaları bütün abunəçilərin ehtiyacları nəzərə alınmaqla təşkil edilib və onlara daima əlaqədə qalmaq imkanı verir.

Xəbər lenti

Xəbər lenti