...

Azərbaycanın kabel operatoru mobil TV-ni işə salır

Telekommunikasiya Materials 26 Yanvar 2012 14:05 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 yanvar /Trend müxbir H. Vəliyev/

Azərbaycanın kabel televiziyası operatoru "AG Telekom" (KATV1 brendinin sahibi) "Azercell" GSM operatoru ilə mobil televiziya xidmətlərini işə salmaq haqqında tərəfdaş saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) icraçı direktoru Əli Əliyev bildirib.

Əliyevin sözlərinə görə, söhbət mobil rabitə operatoruna TV siqnalının verilməsindən gedir. Həmin siqnal operatorun şəbəkəsinə daxil olaraq abunəçi avadanlıqları üzrə paylanır.

Mobil telefonda televiziyanı izləməyə başlamaq üçün müvafiq əlavəni quraşdırmaq və mobil operatorun tənzimləyicisini almaq lazımdır.

Mobil televiziya xidmətininin yekun işə salınması yalnız hər iki şirkətin avadanlığının öz aralarında inteqrasiyasından sonra həyata keçirilə bilər. Bu, operatorun baza stansiyaları vasitəsilə mobil televiziya xidmətlərini göstərməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti