...

Hava şəraiti Azərbaycanın dövlət rabitə operatorunun işinə təsir etməyib

Telekommunikasiya Materials 8 Fevral 2012 18:50 (UTC +04:00)
Hava şəraitinin pisləşməsi "Aztelekom" İstehsalat Birliyinin regionlarda işinə təsir etməyib.
Hava şəraiti Azərbaycanın dövlət rabitə operatorunun işinə təsir etməyib

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir H.Vəliyev/

Hava şəraitinin pisləşməsi "Aztelekom" İstehsalat Birliyinin regionlarda işinə təsir etməyib. Bu barədə çərşənbə günü Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

İB gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və operativ qərargahdan yerlərlə əlaqə saxlanılır. Şaxtalı, qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar bütün qüvvələr səfərbər olunub. Qəza dəstələri baş verə biləcək problemin qarşısını almağa hazırdır.

Bu gün bəzi bölgələrdə elektrik enerjisi ilə bağlı problemlər olsa da, telefonların fasiləsiz işi elektrik qida qurğuları və dizel generatorları ilə təmin edilib.

Hazırda telekommunikasiya və rabitə qovşaqlarının işində heç bir problem müşahidə olunmur.

Xəbər lenti

Xəbər lenti