...

"Azercell" Azərbaycanda 4G şəbəkəsini işə salacaq (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 17 Fevral 2012 12:47 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:33-də yayılıb)

Azərbaycan, Bakı, 17 fevral / Trend, müxbir H.Vəliyev /

Bu ilin may ayında Bakıda keçiriləcək "Evrovision-2012" mahnı müsabiqəsinə qədər "Azercell" mobil rabitə operatoru 4G - dördüncü nəsil şəbəkəsini istismara vermək niyyətindədir. Trend-in məlumatına görə, bu barədə şirkətin rəhbəri Əli Ağan cümə günü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məsələ bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşü zamanı müzakirə olunub və sistemin buraxılışı üzrə nazirliyin prinsipial razılığı əldə olunub.

Xatırldaq ki, bundan əvvəl "Azercell Telekom" Dövlət Radiotezliklər Komissiyasına 4G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik spektrinin alınması üçün müraciət edib.

Xəbər lenti

Xəbər lenti