...

"Azercell" 2011-ci ildə Azərbaycana 170,2 milyon dollar investisiya qoyub

Telekommunikasiya Materials 17 Fevral 2012 13:46 (UTC +04:00)
"Azercell" mobil rabitə operatorunun 2011-ci ildə Azərbaycanın telekommunikasiya sahəsinə qoyduğu investisiyanın həcmi 170,2 milyon dollar təşkil edib.
"Azercell" 2011-ci ildə Azərbaycana 170,2 milyon dollar investisiya qoyub

Azərbaycan, Bakı, 17 fevral /Trend müxbir H.Vəliyev/

"Azercell" mobil rabitə operatorunun 2011-ci ildə Azərbaycanın telekommunikasiya sahəsinə qoyduğu investisiyanın həcmi 170,2 milyon dollar təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə şirkətin marketinq şöbəsinin rəhbəri Əhməd Kərimov bildirib.

Kərimovun sözlərinə görə, şirkətin bütün fəaliyyət dövrü ərzində investisiyalarının ümumi həcmi 1 milyard dolları ötüb.

Ötən ilin yekunları üzrə dövlət büdcəsinə 136,1 milyon dollar köçürülüb. Şirkətin dövlət büdcəsinə köçürdüyü vəsaitlərin ümumi həcmi də 1 milyard dolları ötüb.

Qeyd edək ki, 2011-ci ilin yekunları üzrə şirkət 669 yeni baza stansiya quraşdırıb ki, bunların ümumi sayı hazırda 2373 ədəd təşkil edir.

Xəbər lenti

Xəbər lenti