...

"Azercell" daha bir xeyriyyə tədbirinə dəstək oldu

Telekommunikasiya Materials 1 Mart 2012 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend/

Bakıda fəaliyyət göstərən səfirlik və beynəlxalq təşkilat nümayəndəlikləri rəhbərlərinin xanımlarının təşəbbüsü və Azercell-in maliyyə dəstəyi ilə cümə axşamı 20-dən çox ölkənin içkilərinin təqdimat mərasimi keçirilib. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Dünya xalqlarını onların mədəniyyəti, sənət əsərləri və əlbəttə, mətbəxləri ilə tanıyırlar. Hansısa regionda məşhur olan içkilərin dadına baxmamış oranın mətbəxinin bütün xüsusiyyətlərini tanımaq mümkün olmur. "Dünya Boyu İçkilərlə" adlı tədbirdə diplomatik nümayəndəliklərin rəhbərləri öz ölkələrindən gətirilən milli içkiləri özləri təqdim edərək qonaqlara hər bir içki barədə məlumat veriblər.

Qeyd edək ki, Korporativ Sosial Məsuliyyət tədbirlərinə daim önəm verən, öz nümunəsi ilə bu işi təbliğ edən "Azercell" növbəti dəfə bu cür xeyriyyə fəaliyyətinə dəstək verib. Təşkil olunan mərasimin biletlərinin satışından əldə olunan gəlir Azərbaycandakı uşaq evlərinə yönəldiləcək.

"Azercell" fəaliyyətə başladığı ildən etibarən "Ümid yeri" Uşaq Reabilitasiya Mərkəzində yaşayan uşaqlara maliyyə dəstəyi verir. Şirkət tərəfindən uşaqların sosial rifahına yönəlmiş işlər bununla bitmir. Azercell-in dəstəyi ilə indiyə qədər həyata keçirilən layihələr sırasında Uşaq Qaynar Xəttinin yaradılması, "De! Dildən-dilə, eldən-elə" şeir və hekayə müsabiqəsini, "Hər uşağın ailəyə ehtiyacı var", "Onlar da hədiyyə gözləyirlər..." kimi maraqlı layihələri misal göstərmək olar. Təsadüfi deyil ki, "Azercell" üç il ardıcıl olaraq "Heç bir uşağı nəzərdən qaçırmayaq" Milli İctimai Mükafatına layiq görülüb. Ümumilikdə, "Azercell" fəaliyyəti boyunca sosial layihələrin icrasına 16 milyon dollara yaxın vəsait sərf edib.

Xəbər lenti

Xəbər lenti