...

Azercell-dən jurnalistlərə pulsuz internet

Telekommunikasiya Materials 2 Mart 2012 13:07 (UTC +04:00)
Media nümayəndələri ilə əlaqələrə daim xüsusi önəm verən Azercell jurnalistləri sevindirəcək növbəti addım atıb. Bu dəfə Mediacell ailəsi üzvlərinə 1Gb-lıq internet paketi hədiyyə olunur.
Azercell-dən jurnalistlərə pulsuz internet

Azərbaycan, Bakı, 2 mart /Trend/

Media nümayəndələri ilə əlaqələrə daim xüsusi önəm verən Azercell jurnalistləri sevindirəcək növbəti addım atıb. Bu dəfə Mediacell ailəsi üzvlərinə 1Gb-lıq internet paketi hədiyyə olunur.

Martın 2-dən etibarən bütün Mediacell abonentləri 1Gb-lıq paketdən pulsuz yararlana biləcəklər. Hətta abonent digər Mobil İnternet paketinə üzvdürsə, o, avtomatik olaraq 1Gb-lıq paketə keçiriləcək. Lakin Mediacell nümayəndəsi hədiyyə olunan 1Gb-lıq paketdən artıq həcmdə İnternetdən istifadə edərsə, onda işlədilən hər 1 Mb üçün 1 qəpik tarif hesablanır. Ancaq hədiyyələr bununla bitmir. Mediacell abonentinin son faktura dövründə istifadə etdiyi internetin dəyəri də balansdan tutulmayacaq.

Mediacellilər digər Mobil İnternet paketlərindən yararlana bilərlər. Lakin bu zaman onların balansından seçilən paketə müvafiq ödəniş tutulacaq.

Mediacell tarif paketi KİV nümayəndələrinin istəyi nəticəsində yaradılıb. Azercell Telekom MMC rəhbərliyi daim bu tarif paketinə müxtəlif güzəştlər tətbiq edir. Şirkət prezidenti Ali Ağan jurnalistlərlə son görüşündə mətbuat nümayəndələrini yeni sürprizlər gözlədiyini açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti