...

Azərbaycanlı mütəxəssislər Dubnada Nüvə Tədqiqatları İnstitutunda ixtisaslarını artırırlar

Telekommunikasiya Materials 13 Mart 2012 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın gənc mütəxəssisləri Dubnada (Moskva vilayəti) Nüvə Tədqiqatları Birləşmiş İnstitutunda treninqlər və ixtisasartırma kursları keçirlər. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri Məhəmmədəli Ramazanov bildirib.

Onun sözlərinə görə, Dubnadakı nüvə tədqiqatları mərkəzi dünyada nüvə texnologiyaları sahəsində mütəxəssislərin hazırlanması üzrə ilk institutlardan biridir.

Beynəlxalq Nanotexnologiyalar İnnovasiya Mərkəzinin təsisçilərindən biri olan Azərbaycan nanotexnologiyalar sahəsində həm MDB-də, həm də dünyada baş verən hadisələrdən xəbərdardır, eyni zamanda elmi-tədqiqat işlərində bilavasitə iştirak edir.

Dubnada məlumatlar bankı yaradılıb. Onun resurslarından Mərkəzin tərkibinə daxil olan bütün 38 ölkənin hamısı istifadə edə bilər.

Ramazanovun sözlərinə görə, aprelin 4-5-də Dubnada və Moskvada üçüncü genişləndirilmiş "MDB: innovasiyalarda tərəfdaşlıq" road-show keçiriləcək. Azərbaycan da bu tədbirdə iştirak edəcək. Tədbir elmi və innovasiya fəaliyyətinin inteqrasiyasına və MDB-dən innovasiya layihələrinin cəlb edilməsinə, texnologiyaların kommersiyalaşması sahəsində ixtisasın artırılması və s.-ə həsr olunacaq.

Birinci "MDB: innovasiyalarda tərəfdaşlıq" road-show 2011-ci il dekabrın 7-8-də Bakıda BDU-nun bazasında keçirilib. İkinci forum isə bu günlərdə Kiyevdə keçirilir.

Xəbər lenti

Xəbər lenti