...

Bakıda işıqforların işi "yaşıl dalğa" rejimində tənzimlənəcək

Telekommunikasiya Materials 13 Aprel 2012 10:26 (UTC +04:00)
Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi işıqforların iş vaxtını "yaşıl dalğa" rejimində tənzimləməyə imkan verəcək. Bu barədə cümə axşamı Trend-ə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat veriblər.
Bakıda işıqforların işi "yaşıl dalğa" rejimində tənzimlənəcək

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir H.Vəliyev/

Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi işıqforların iş vaxtını "yaşıl dalğa" rejimində tənzimləməyə imkan verəcək. Bu barədə cümə axşamı Trend-ə Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat veriblər.

"Yaşıl dalğa" nəqliyyat vasitələrinin hərəkətinin işıqforlarla tənzimlənməsinin avtomatik sistemidir.

"Hazırda "yaşıl dalğa" artıq paytaxtın əsas küçələrində tətbiq edilir. O, işıqforlar arasında qarşılıqlı əlaqənin qurulmasına imkan verir, müəyyən hesab sürəti ilə hərəkət edən nəqliyyat vasitələrinin kompakt qrupunun keçdiyi anda yaşıl işarənin işə düşməsini təmin edir", - mərkəzdən deyiblər.

Hazırda Bakıda işıqforların modernləşdirilməsi və yenidən qurulması davam edir. Sistemə birləşdirilən yeni işıqfor aparatları 150 yolayrıcında quraşdırılıb və ehtiyac olarsa, onların sayı artırılacaq.

Xəbər lenti

Xəbər lenti