...

Azərbaycanda ilk dəfə 4G şəbəkəsi açılır

Telekommunikasiya Materials 20 Aprel 2012 16:14 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC Bakıda 4G (LTE - Long Term Evolution) şəbəkəsini açır.
Azərbaycanda ilk dəfə 4G şəbəkəsi açılır

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC Bakıda 4G (LTE - Long Term Evolution) şəbəkəsini açır. Bu barədə cümə günü Trend-ə şirkətin korporativ əlaqələr şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə bildirib.

Onun sözlərinə görə, şəbəkənin mayın 1-də işə salınması planlaşdırılır.

"Paytaxtın bütün ərazisi dördüncü nəsil şəbəkəsi ilə əhatə olunacaq. Ayrıca Hot-Spot stansiyaları Dənizkənarı Milli Parkın ərazisində fəaliyyət göstərəcək və onlar 4G rabitəsini təmin edəcəklər. Söhbət məlumatların ötürülməsi xidmətlərindən gedir", - Həsənzadə deyib.

Şirkət 4G şəbəkəsinin işə salınması ərəfəsində yeni tarif paketləri təqdim etməyi planlaşdırır. Lakin hələlik bu barədə ətraflı məlumat verilmir.

Habelə istifadəçilərə LTE standartlarını dəstəkləyən DATA-kartlar təklif olunacaq.

Xəbər lenti

Xəbər lenti