...

Azərbaycan provayderi Gəncədə optik interneti işə salıb

Telekommunikasiya Materials 26 Aprel 2012 18:20 (UTC +04:00)
"AiləNET" şirkəti Gəncə şəhərində genişzolaqlı optik internetə qoşulma xidmətini işə salıb.
Azərbaycan provayderi Gəncədə optik interneti işə salıb

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir H.Vəliyev/

"AiləNET" şirkəti Gəncə şəhərində genişzolaqlı optik internetə qoşulma xidmətini işə salıb. Bu barədə cümə axşamı Trend-ə şirkətin mətbuat katibi Teymur Hacıyev bildirib.

Hacıyevin sözlərinə görə, xidmətə çıxış "Yeni Gəncə" yaşayış massivi, Heydər Əliyev və Atatürk prospektləri, Nizami və Cavadxan küçələrində mümkündür.

"Bu istiqamətdə işlər yanvarda başlayıb. Ötən dövr ərzində AileNET-in optik şəbəkəsi Gəncənin təqribən 110 binasında işə salınıb", - Hacıyev qeyd edib.

Çıxış sürəti 4-100 Mbit/saniyə arasında (müvafiq olaraq 20-359 manat dəyərində) dəyişir.

Xidmətin qiymətinə toxunan Hacıyev deyib ki, baza yayım paketi ilə 4 Mbit/saniyədə minimum paket 22 manata başa gələcək.

Endirimlər qoşulmaların hər növü üzrə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti