...

Azərbaycan poçtu SMS-bankinqin aktivləşdirilməsi xidmətini təqdim edib

Telekommunikasiya Materials 4 May 2012 19:00 (UTC +04:00)
"Azərpoçt" MMC öz bankomat şəbəkəsi vasitəsilə SMS-bankinq xidmətinin aktivləşdirilməsi imkanını təqdim edib.
Azərbaycan poçtu SMS-bankinqin aktivləşdirilməsi xidmətini təqdim edib

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC öz bankomat şəbəkəsi vasitəsilə SMS-bankinq xidmətinin aktivləşdirilməsi imkanını təqdim edib. Trend-in məlumatına görə, bu barədə cümə günü MMC-nin yaydığı məlumatda deyilir.

Xidməti aktivləşdirmək üçün mobil telefonun abunəçi nömrəsini bankomatın ekranındakı müvafiq sahəyə daxil etmək lazımdır.

Xidmətin aylıq qiyməti 1 manatdır.

Xəbər lenti

Xəbər lenti