Azərbaycan, Bakı, 7 may /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın ilkin provayderi "Delta Telecom"un infrastrukturu üzrə son ayda (10 aprel-7 may) ölkəyə daxil olan internet-trafikin həcmi 40 Gbit/saniyə artaraq 220 Gbit/saniyəyə çatıb. Bu barədə Trend-ə bazar ertəsi "Delta Telecom" şirkətinin texniki direktoru Raid Ələkbərli bildirib.
Ələkbərlinin sözlərinə görə, ölkəyə idxal edilən trafikin ümumi həcminin yarısından çoxu istifadə edilir, qalan hissə hələlik yüklənməyib və "AzNET" seqmentinin xarici amillərdən təsirinin möhkəmliliyini artırmaq məqsədilə ehtiyatda saxlanılır.
Yaxın vaxtlarda məlumatötürmə magistral şəbəkəsinin buraxılış qabiliyyəti artırılacaq.