Azərbaycan, Bakı, 26 may / Trend, müxbir H.Vəliyev /
Azərbaycanın kabel televiziyası operatoru KATV1 rəqəmsal yayım abunəçiləri üçün xidmət haqqının yeni qaydalarını tətbiq edib. Trend-in məlumatına gröə, bu barədə şənbə günü şirkətdən verilən məlumatda deyilir.
İyunda şirkətin xidmətlərindən fasiləsiz istifadə üçün mayın sonunadək abunə haqqının ödənilməsi vacibdir.
Xidmət haqqının yerinə yetirilməyəcəyi halda abunəçinin smart kartı bağlanacaq.
Azərbaycanın kabel televiziyası operatoru KATV1-in rəqəmsal yayım xidmətlərini abunə xidmətləri ofislərində, inkasatorlarda, bank filiallarında, NETMONEY universal ödəmə kartlarının və PayPoint ödəmə terminallarının köməyi ilə, eləcə də bank kartları vasitəsilə internetlə ödəmək mümkündür.
Əlavə məlumat almaq üçün telefon nömrəsi: 127.