Azərbaycan, Bakı, 2 iyun/Trend/
Azərbaycanın ən böyük simsiz genişzolaqlı internet provayderi Sazz 4G 2 iyul daxili işlər orqanları əməkdaşlarının peşə bayramı münasibətilə polis işçiləri və daxili qoşunlar əməkdaşları üçün xüsusi endirim kampaniyası keçirir. Kampaniya çərçivəsində Sazz 4G abunəçisi olmaq istəyən bütün daxili işlər orqanları əməkdaşlarına Sazz USB modem 50 faiz endirimlə veriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi internet provayderin yaydığı məlumatda deyilir.
Endirim kampaniyası 2-3 iyul tarixlərində keçiriləcək.
Kampaniya iştirkaçısı olmaq üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq bir aylıq abunə haqqını (25 manat) ödəmək tələb olunur. Kampaniyadan faydalanmaq istəyən polis işçiləri istənilən Sazz 4G satış nöqtəsinə müraciət edərək Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xidməti vəsiqəni təqdim etməlidirlər.
Azərbaycanda WiMAX texnologiyası əsasında fəaliyyət göstərən ən böyük simsiz genişzolaqlı İnternet provayderi SAZZ 4G 2010-cu ildə "AzQtel" şirkəti tərəfindən qurulub. SAZZ 4G internet istifadəçilərə 25 manatlıq aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan standart tarif planını təqdim edir.
Bakı, Sumqayıt, Xırdalan, Mİngəçevir şəhərlərini, habelə Abşeron yarımadasının əksər qəsəbələrini əhatə edən Sazz internet 2012-ci ilin sonuna qədər ardıcıl olaraq Azərbaycanın iri regionlarında da fəaliyyət göstərməyə başlayacaq.