...

"Azercell" ingilis dili kursunu bitirən jurnalistlərə sertifikat verib

Telekommunikasiya Materials 20 Sentyabr 2012 03:10 (UTC +04:00)
"Azercell Telekom" MMC-nin "Kaspi" Təhsil Mərkəzi ilə birlikdə keçirdiyi növbəti "Jurnalistlər üçün ingilis dili kursları" sona çatıb.
"Azercell" ingilis dili kursunu bitirən jurnalistlərə sertifikat verib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

"Azercell Telekom" MMC-nin "Kaspi" Təhsil Mərkəzi ilə birlikdə keçirdiyi növbəti "Jurnalistlər üçün ingilis dili kursları" sona çatıb.

Şirkətdən cümə axşamı Trend-ə verilən məlumata görə, sentyabrın 18-də Beynəlxalq Mərbuat Mərkəzində keçirilən mərasimdə kursu uğurla bitirən media nümayəndələrə şirkət tərəfindən sertifikatlar təqdim olunub. Bundan əlavə, kursda daha yüksək səviyyə nümayiş etdirən 2 jurnalist seçilərək əlavə təhsil almaq üçün Londona göndərilir. Bu dəfə Londona gedəcək iştirakçılar "Media Consuıting and Service" şirkətindən Samir İsmayıl və QHTxeber.az portalından Sənan Nəcəfov olub. KİV nümayəndələri dil biliklərini daha da gücləndirmək üçün gələn ilin aprelində 2 həftə ərzində Böyük Britaniya paytaxtında xüsusi kurslara qatılacaqlar.

Azercell-in jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları 6 ay davam edib. "Kaspi" Təshil Mərkəzində baş tutan məşğələlər zamanı müxtəlif KİV təmsilçilərinə bir neçə səviyyəli proqram üzrə kurs keçirilib. Mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək şansı yaradılıb.

Tədbirdə "Azercell" təmsilçiləri ingilis dilini öyrənmək istəyən qələm sahibləri üçün növbəti kursun vaxtını elan ediblər. Yeni qruplara yığım 18-25 sentyabr tarixlərində həyata keçiriləcək. Kursda ən azı 1 il təcrübəsi olan media nümayəndələri iştirak edə bilər. Yeni kurs haqqında ətraflı məlumat almaq və ərizə formasını yükləmək üçün "Kaspi" təhsil mərkəzinə müraciət etmək lazımdır.

"Azercell" 5 ildən artıqdır ki, jurnalistlər üçün dil kursları təşkil edir. İndiyədək 200-dən çox KİV təmsilçisi ingilis dili üzrə ixtisaslaşmış kurslarda iştirak edib. Şirkət ingilis dili kursları təşkil etməklə mətbuat işçilərinin inkişaf etməsinə, beynəlxalq əlaqələrinin gücləndirilməsinə yardım edir.

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. "Azercell" Azərbaycana bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s.

Azərbaycanın mobil rabitə bazarındakı payı 55% olan "Azercell" şirkətinin şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2011-ci ilin ilin sonuna "Azercell" abonentlərinin sayı 4 milyon 220 min nəfər təşkil edib. 2011-ci ildə "Azercell" 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim edib.

Xəbər lenti

Xəbər lenti