Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir H.Vəliyev/
ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti "Azerspace-1" ilk milli telekommunikasiya peykinin tikintisini başa çatdırıb. Bu barədə cümə axşamı Trend-ə "Azərkosmos" ASC-dən məlumat verilib.
Peyk "Orbital Sciences Corporation"da sınaqdan keçirilir.
"Orbital Sciences Corporation" zavodunda həyata keçirilən proseslə yaxından tanış olmaq üçün ASC-nin bir və "Telesat"ın iki əməkdaşı oradadır.
Peyk noyabrda Kuru kosmodromuna çardırılacaq. Peykin 2013-cü ilin əvvəllərində orbitə buraxılacağı gözlənilir.