...

Azərbaycan İpoteka Fondunun İT avadanlıqların satınalması üzrə tenderi baş tutmamış elan edilib

Telekommunikasiya Materials 19 Dekabr 2012 10:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Mərkəzi Bankı İpoteka Fondu üçün server və şəbəkə avadanlıqlarının satınalması üzrə tenderi baş tutmamış elan edib. Bu barədə Tender Komissiyasının çərşənbə günü rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

İki lot üzrə keçirilən tender sentyabrın 27-də Mərkəzi Bank tərəfindən elan edilib.

Lotların hər birində iştirakın dəyəri 125 manat təşkil edirdi.

Tenderlə bağlı əlavə məlumatı 441-24-23 (daxili- 133) nömrəli telefonla almaq olar. Əlaqələndirici şəxs Mətin Hacıyev.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti