...

Əli Abbasov: Azərbaycanın İKT sektoru sərmayələr üçün böyük potensiala malikdir

Telekommunikasiya Materials 27 May 2013 13:06 (UTC +04:00)
Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektoru sərmayələr üçün əlverişli mühitə və geniş imkanlara malikdir.
Əli Abbasov: Azərbaycanın İKT sektoru sərmayələr üçün böyük potensiala malikdir

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektoru sərmayələr üçün əlverişli mühitə və geniş imkanlara malikdir. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ötən gün İordaniyanın sənaye və ticarət naziri (eyni zamanda rabitə və informasiya texnologiyaları naziri) Hatəm Helvani ilə görüşü zamanı bildirib. Bu barədə bazar ertəsi Trend-ə nazirlikdən daxil olan məlumatda bildirilir.

Məlumata əsasən, görüş İordaniyada Yaxın Şərq və Şimali Afrika regionu (MENA) üzrə Ümumdünya İqtisadi Forumunun yeddinci iclası (24-26 may) çərçivəsində keçirilib.
Görüş zamanı tərəflər ölkələr arasında əməkdaşlığın hazırkı vəziyyəti və bu əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparıblar.

Abbasov iordaniyalı həmkarını onu cari ilin dekabrında Bakıda keçirilməsi planlaşdırılan "Bakutel-2013" konfrans və sərgisinə dəvət edib.

Öz növbəsində, Həlvani Azərbaycanla İKT sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti