...

Azərbaycanda 2013-cü ildə qeydiyyata alınan radioelektron vasitələrin sayı 2,2 mindən çoxdur

Telekommunikasiya Materials 5 İyun 2013 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda qeydiyyata alınan radioelektron vasitələrin ümumi sayı 40 794 ədəd təşkil edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Dövlət Radiotezliklər İdarəsinin (DRİ) yaydığı məlumatda deyilir.

Məlumatda bildirlir ki, bu ilin yanvar-may ayları ərzində idarə tərəfindən 2245 ədəd radioelektron vasitə qeydiyyata alınıb.

DRİ-də 361 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır. Onlardan 67 istifadəçi dövlət, 243 istifadəçi kommersiya, 23 istifadəçi xarici təşkilat, 28 istifadəçi isə fiziki şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti