...

Azərbaycan poçtu onlayn ödənişlər xidmətini göstərməyə başlayıb

Telekommunikasiya Materials 1 İyul 2013 17:12 (UTC +04:00)
"Azərpoçt" MMC onlayn ödənişlər xidmətini göstərməyə başlayıb. Bu barədə bazar ertəsi Trend-ə MMC-dən deyiblər.
Azərbaycan poçtu onlayn ödənişlər xidmətini göstərməyə başlayıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir H.Vəliyev/

"Azərpoçt" MMC onlayn ödənişlər xidmətini göstərməyə başlayıb. Bu barədə bazar ertəsi Trend-ə MMC-dən deyiblər.

Sistem inteqratoru vəzifəsini yerinə yetirən "Goldenpay" şirkəti sistemin texniki quruluşu üzrə işləri həyata keçirib.

Onlayn ödənişlər sistemi istifadəçilərə MMC-nin korporativ internet resursu vasitəsilə xidmətləri ödəməyə imkan verir. Bu zaman VISA və MasterCard elektron bank kartlarından istifadə olunur.

Hazırda onlayn ödənişlər sisteminin köməyi ilə elektrik enerjisi, qaz, internet-provayderlərin xidmətləri, mobil və stasionar rabitə, kabel televiziyası, sığorta və digər xidmətlərə görə abonent ödənişlərini həyata keçirmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti