...

Ramazan ayı ərzində "Azercell" abunəçiləri daha sərfəli şərtlərlə danışacaqlar

Telekommunikasiya Materials 10 İyul 2013 17:32 (UTC +04:00)
Azercell Telekom bu il də Ramazan bayramı münasibətilə SimSİm abunəçiləri üçün yeni güzəştli kampaniya təşkil edib.
Ramazan ayı ərzində "Azercell" abunəçiləri daha sərfəli şərtlərlə danışacaqlar

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azercell Telekom bu il də Ramazan bayramı münasibətilə SimSİm abunəçiləri üçün yeni güzəştli kampaniya təşkil edib.

10 iyul-8 avqust 2013-cü il tarixlərində bu kampaniyaya qoşulan abunəçilər endirimli tariflə danışmaq imkanı əldə edəcəklər. Belə ki, kampaniyanın şərtlərinə əsasən göstərilən tarix ərzində 5 AZN və ya daha yüksək nominalda kart yükləyən bütün Azercell Fakturasız Xətt abunəçiləri axşam saat 8-dən səhər saat 8-dək ölkədaxili 1 dəqiqə=5 qəpik tarifi ilə danışacaqlar.

Məlumat üçün bildirək ki, abunəçilər bu kampaniyadan yalnız ölkədaxili zənglər çərçivəsində yararlana bilər. Eyni zamanda, GəncSim abunəçiləri də, Ramazan kampaniyasında iştirak edərək, 3-cü dədiqədən sonra pulsuz danışa bilərlər.

Bu yeni kampaniya ilə Azercell öz abunəçilərinə müqəddəs Ramazan ayı ərzində doğmaları ilə daha yaxından ünsiyyət saxlamağa yeni bir imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti