...

"Azercell" təqdim edir – "Huawei" smartfonları inanılmaz qiymətlərə!

Telekommunikasiya Materials 11 Dekabr 2013 19:18 (UTC +04:00)
Daim müştərilərini müxtəlif yeniliklərlə sevindirən "Azercell Telekom" fakturalı xətt abunəçiləri üçün yeni bayramqabağı kampaniyaya start verdi.
"Azercell" təqdim edir – "Huawei" smartfonları inanılmaz qiymətlərə!

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Daim müştərilərini müxtəlif yeniliklərlə sevindirən "Azercell Telekom" fakturalı xətt abunəçiləri üçün yeni bayramqabağı kampaniyaya start verdi.

Kampaniya çərçivəsində abunəçi özündə milli dəqiqələri, sms və mobil interneti birləşdirən əlverişli paketlərdən birinə qoşulmaqla Huawei Ascend P6 və Huawei Ascend Y511 telefonlarını 39 AZN və ya 99 AZN dəyərində inanılmaz qiymətə əldə edə bilərlər.

Sözügedən kampaniyanın üstünlüklərindən istifadə etmək üçün müştərilər Bakıda və regionlarda yerləşən Azercell Ekspress (AzEx) ofislərinə və "Azercell" şirkətinin diler satış məntəqələrinə müraciət edə bilərlər. Kampaniya 28.02.2014 tarixinə qədər keçirilir.

Kampaniya haqqında daha ətraflı məlumatı bu internet ünvanından ala bilərsiniz: http://www.azercell.com/ru/personal/campaigns/devices/huawei_double

Məqalədə:
Xəbər lenti

Xəbər lenti