...

"Microsoft Azerbaijan": 2013-cü ilin icmalı

Telekommunikasiya Materials 24 Dekabr 2013 18:07 (UTC +04:00)
Yola saldığımız 2013-cü il "Microsoft Azerbaijan" şirkəti üçün olduqca uğurlu olub. Şirkət bir sıra tədbir təşkil edib, bir neçə maliyyə və sənaye təşkilatları ilə müxtəlif sazişlər imzalayıb, ölkənin bəzi ali təhsil məktəblərində İT Akademiya açıb, yeni məhsullarını təqdim edib, regionun ən iri İKT sərgisində iştirak edib, eyni zamanda İT-mütəxəssislər üçün seminar və treninqlər keçirib.
"Microsoft Azerbaijan": 2013-cü ilin icmalı

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Yola saldığımız 2013-cü il "Microsoft Azerbaijan" şirkəti üçün olduqca uğurlu olub. Şirkət bir sıra tədbir təşkil edib, bir neçə maliyyə və sənaye təşkilatları ilə müxtəlif sazişlər imzalayıb, ölkənin bəzi ali təhsil məktəblərində İT Akademiya açıb, yeni məhsullarını təqdim edib, regionun ən iri İKT sərgisində iştirak edib, eyni zamanda İT-mütəxəssislər üçün seminar və treninqlər keçirib.

Cari ilin əvvəlində "Microsoft" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında lisenziyalı proqram təminatının istifadəsi üzrə ən iri strateji saziş imzalanıb. Korporasiya ilə strateji əməkdaşlıq və "Microsoft Enterprise Agreement" korporativ lisenziyalaşdırması proqramı çərçivəsində uzunmüddətli lisenziya razılaşması ARDNŞ-a işgüzar fəaliyyətin səmərəliliyini yüksəltməyə, ən müasir texnologiyalar əsasında informasiya mühitinin yenidən qurulmasını təmin etməyə, idarəetməni sadələşdirməyə və müəllif hüquqlarının müdafiəsinə kömək edəcək. "Microsoft"la imzalanan bu saziş ARDNŞ-a lisenziyaların ümumi dəyərini azaltmağa imkan verəcək.

Bundan başqa, 2013-cü ildə "Microsoft Azerbaijan" şirkəti "Microsoft Open Value" proqramı çərçivəsində "AFB Bank", "Əmrahbank" və "AtaHolding"lə əməkdaşlığa dair müqavilələr imzalayıb. Nəticədə, bu maliyyə təşkilatları sazişə daxil olan proqram məhsullarını əldə etdiyi kompüterlərdə istifadə etmə imkanına malik olub. Seçilmiş lisenziyalaşma variantının mühüm üstünlüyü - yenilənmələrə abunədir. Bu halda yeni proqram versiyaları, patçlardan istifadə etmək mümkün olur. Bununla da müştərinin məlumat sistemi təhlükəsizliyi təmin olunur və qlobal trendlərə uyğun daim inkişaf etdirilir. Təşkilat məhsul dəstini tam və yaxud hər bir baza məhsullarını ayrıca şəkildə lisenziyalaşdıra bilərək, sazişin qüvvədə olduğu müddətdə seçilmiş məhsulların ən son versiyalarından yararlana bilər.

Qeyd edək ki, Azərbaycanın bank sektoru üçün lisenziyalı proqram təminatı ilə işləmək icbari hesab olunur. Bunu nəzərə alaraq, 2013-cü ildə "Microsoft Azerbaijan" şirkəti "Microsoft Enterprise Agreement" proqramı çərçivəsində Azərbaycan Beynəlxalq Bankı və "Bank Respublika" ilə uzunmüddətli əməkdaşlığa dair müqavilə imzalayıb. Müqavilənin çərtlərinə əsasən, hər iki bank bütün kompüterlərini "Microsoft" platformasına keçirmək hüququ qazanıb.

Cari ildə "Microsoft Azerbaijan" şirkəti kompüter piratlarına qarşı mübarizəyə köməyini davam etdirib. Belə ki, şirkətin bir sıra tərəfdaşı "Əqli mülkiyyət hüquqlarının qorunması Bəyənnaməsi"nə qoşulub. Bəyənnaməyə əsasən, şirkətlər sifarişçiləri və müştəriləri yalnız lisenziyalı proqram məhsullarla təchiz etməlidir, lisenziyasız proqram təminatının yayılması və istifadəsi isə qanunsuz və şirkətlərin əqli mülkiyyət hüquqlarının pozulması kimi hesab olunur. Bundan başqa 2013-cü ildə "Microsoft" korporasiyası Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzinin açılışını elan edib. Mərkəz "Microsoft"un Redmondda (Vaşinqton, ABŞ) yerləşən şəhərciyində yerləşir və özündə şirkətin texniki və hüquqi, habelə müasir texnologiya və fənlərarası sahələrdə olan bilikləri cəmləşdirir. Beləliklə, Mərkəz onlayn cinayətkarlıqla effektiv mübarizənin yeni dövrünü açır. Mərkəz təhlükəli proqram təminatı, bot-şəbəkələr, əqli mülkiyyət, uşaq oğurluğu və istismar da daxil olmaqla bir sıra onlayn-cinayətləri araşdırır. Mərkəz dünya üzrə istifadəçilərin inamla internet şəbəkəsinə qoşulmaqlarını təmin edəcək. Qeyd edək ki, kibercinayətkarlıq Azərbaycanda istifadəçilərin və isteklahçıların gündəlik həyatına mənfi təsir göstərir və ölkə hökuməti "Microsoft"un dünyada onlayn təhlükəsizliyin təminatı üçün çalışan Kibercinayətkarlığa Qarşı Mübarizə Mərkəzinin işə başlamasını gözləyir.

Bu il ərzində "Microsoft Azerbaijan" şirkəti Azərbaycanda təhsil sahəsinin inkişafına dəstəyini davam etdirib. Şirkətlə "Odlar Yurdu" Universiteti arasında imzalanmış əməkdaşlığa dair memorandum çərçivəsində "Odlar Yurdu" Universitetində "Microsoft İT Akademiya"sının açılış mərasimi keçirilib. İT Akademiyanın əsas məqsədi "Microsoft"un məhsullarına dair tədris vəsaitlərinə olan tələbatı və "Microsoft Office Specialist", "Microsoft Certified Professional", "Microsoft Technology Associate" ixtisasları üzrə sertifikatlaşdırılmış imtahanlara hazırlığı təmin etməkdir. Tədris vəsaitlərindən həm İnformasiya texnologiyaları üzrə kurslarda, həm də fakultativ məşğələlər çərçivəsində fərdi qaydada istifadə etmək mümkün olacaq. Analoji akademiyalar gələn il ölkənin digər ali məktəblərində də açılacaq. Bundan başqa, "Microsoft Azerbaijan" şirkəti Azərbaycanda icra olunan "Xalq kopmüteri" layihəsinin icrasını da davam etdirib. Layihə çərçivəsində təqdim olunan kompüter və noutbuklar bazar qiymətlərində 25-40% aşağı qiymətlə, 12 aylıq faizsiz kreditlə təqdim olunur.

Xatırladaq ki, 2013-cü il Azərbaycanda "İKT ili" elan olunmuşdur. Bunu nəzərə alaraq, "Microsoft Azerbaijan" şirkəti İnnovasiya Gününü keçirib. Bu tədbir şirkət tərəfindən işlənib hazırlanmış yeni məhsulların əlavə edilməsi, təkmilləşdirilməsi və üstünlüklərinə həsr olunmuşdur.

Yeni məhsullara gəldikdə, 2013-cü il "Microsoft Azerbaijan" şirkəti üçün zəngin olub. Cari ilin sonunda şirkət Bakıda keçirilən ənənəvi 19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransında ("BakuTel-2013") iştirak edib. Şirkətin bu tədbirdə iştirakının əsas məqsədi yeni məhsulların geniş kütləyə nümayiş etdirməkdən ibarət idi. Belə ki, sərgi çərçivəsində "Microsoft Azerbaijan"ın stendini ziyarət edənlər "Windows 8.1" yeni əməliyyat sistemi, bulud texnologiyaları əsasında hazırlanmış "Office 365" xidməti, "Windows 8" əmaliyyat sistemi üzərində işləyən planşet və noutbukların demo-şousu və "Windows Phone" əməliyyat sistemi üzərində işləyən qurğularla tanış ola bilib. "Windows 8.1" yüksək personallaşdırılmış istifadə baxımından "Windows" görüntüsünü inkişaf etdirir və eyni zamanda, "Microsoft"un sürətli və qayğıkeş inkişafa dəyişməz sədaqətini nümayiş etdirir. Sözügedən yenilənmə istifadəçilər üçün yeni innovativ qurğuların yaranmasını təcəssüm edir. Bu qurğuların əksəriyyəti sensor ekranlıdır və müxtəlif qiymət kateqoriyalarında hesablama gücünü, xüsusi dizayn və enerjisaxlama qabiliyyətini nümayiş etdirir.

Eyni zamanda, "Microsoft Azerbaijan" şirkəti "BakuTel-2013" sərgisində "Office 365" xidmətinin imkanlarını nümayiş etdirib. Bu xidmət "Microsoft"un poçt, əlaqə və digər tanınmış məhsulların bulud versiyalarını ("Exchange Online", "SharePoint Online" və "Lync Online") "Office Professional Plus" ofis əlavələri paketini özündə birləşdirir. Xatırladaq ki, 2013-cü ildə "Microsoft Azerbaijan" Azərbaycan dilində olan yeni klaviatura düzülüşünü "Windows" Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edib. Təkmilləşdirilmiş yeni klaviatura düzülüşü Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təklif olunub və hazırlanıb və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni milli standart kimi qəbul olunub. Öz növbəsində, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə yeni klaviatura düzülüşü "Microsoft Azerbaijan" şirkəti tərəfindən "Windows 8.1" Əməliyyat Sisteminin növbəti versiyasına inteqrasiya edilib ki, istifədəçiləri istəyinə uyğun olaraq, həm yeni, həm də bundan öncəki klaviatura düzəlişindən yararlana bilərlər. Qeyd edək ki, Azərbaycan dilində olan yeni klaviatura düzülüşü optimallaşdırılıb və istifadədə daha rahatdır. Yeni düzülüşdə əvvəlkindən fərqli olaraq Azərbaycan dilinin bütün nüansları nəzərə alınıb.

Onu da qeyd edək ki, cari il ərzində "Microsoft Azerbaijan" şirkəti İT-direktorlar, mütəxəssislər və layihə rəhbərləri üçün nəzərdə tutulmuş "İT mütəxəssislər üçün Office 365", maliyyə menecerləri, biznesin inkişafı üzrə müdirlər, büdcə və proqnozlaşdırma və müştərilərlə münasibətlərin idarə edilməsi üzrə mütəxəssislər üçün nəzərdə tutulmuş "Maliyyə müəssisələrində müştərilərlə münasibətlərin idarə edilməsi" mövzusunda, həmçinin İT mütəxəssislər və tələbələr üçün mobil və bulud proqramlaşdırmasına dair seminarlar təşkil edib. Sonuncu seminar çərçivəsində "Windows Phone 8" əməliyyat sistemi üçün mobil tətbiqin yaradılması, mobil tətbiqlər üçün "Windows Azure Mobile Services" xidməti, universal API-nin yaradılması və "Microsoft Office SharePoint" yeni paketi üçün tətbiqlərin yaradllması kimi məsələlər müzakirə olunub.

Bundan başqa, il ərzində "Microsoft Azerbaijan" şirkəti bir sıra müsabiqələrin təşkilində də iştirak edib. Məsələn, şirkət cari il "Windows Startup Challenge" müsabiqəsinə start verib. Müsabiqənin əsas məqsədi elektron tətbiqlərin yaradılması və onların inkişafının sürətləndirilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti