...

Azərbaycan mobil telefonların idxalını azaldıb

Telekommunikasiya Materials 15 Fevral 2015 13:00 (UTC +04:00)
2014-cü ilin yekunu üzrə Azərbaycan 51 milyon dollar məbləğində 88 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular (planşet kompüterlər, radiotelefonlar və s.) idxal edib.
Azərbaycan mobil telefonların idxalını azaldıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

2014-cü ilin yekunu üzrə Azərbaycan 51 milyon dollar məbləğində 88 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular (planşet kompüterlər, radiotelefonlar və s.) idxal edib. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2013-cü illə müqayisədə keçən il Azərbaycana idxal edilən mobil telefonların sayı 6 faizdən çox azalıb, qiymətdə isə 22,4% artım müşahidə olunur. Müqayisə üçün, 2013-cü ildə ölkəyə 94,5 mindən çox telefon gətirilib.

Dövlət Komitəsindən bildirilib ki, ölkəyə hər ay orta hesabla 7 mindən çox mobil telefon və simsiz şəbəkələrdə işləyən digər qurğular idxal edilib. Mobil telefon bazarının aylıq həcmi 427 min dolları ötüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti