...

Azərbaycan ödəniş sistemini Bosniya və Gürcüstan bazarlarına ixrac edir

Telekommunikasiya Materials 22 Mart 2015 10:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 mart /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın "GoldenPay" ödəniş sistemi Bosniya və Gürcüstanın bazarlarına çıxır. Bunu Trend-ə "GoldenPay" şirkətinin baş direktoru Fərid İsmayılzadə deyib.

Onun sözlərinə əsasən, hazırda Bosniya və Gürcüstanın maliyyə sektorlarında təmsil olunan banklarla danışıqlar və bazarların öyrənilməsi üzrə işlər aparılır.

F.İsmayılzadə qeyd edib ki, reallaşdırılması planlaşdırılan layihə Azərbaycanda tətbiq edilən layihəyə oxşayacaq: "Söhbət "Visa" və "MasterCard" plastik kart sahibləri üçün onlayn ödənişin həyata keçirilməsi məqsədilə platforma qismində çıxış edən hesab.az portalından gedir".

"GoldenPay" şirkətinin Gürcüstan və Bosniya bazarlarına çıxmaq istədiyi tərəfdaşlar qismində müvafiq olaraq "TBC-bank" və "Rayffayzenbank" çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti