...

Azercell-in yeni Mobil Müştəri Xidmətləri ölkəni qarış-qarış gəzəcək

Telekommunikasiya Materials 27 Aprel 2015 14:09 (UTC +04:00)
Azercell-in yeni Mobil Müştəri Xidmətləri ölkəni qarış-qarış gəzəcək.
Azercell-in yeni Mobil Müştəri Xidmətləri ölkəni qarış-qarış gəzəcək

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azercell-in yeni Mobil Müştəri Xidmətləri ölkəni qarış-qarış gəzəcək.

Şirkətdən Trend-ə verilən məlumata görə, 1996-ci ildə yarandığı gündən etibarən ölkədə innovativ müştəri xidmətləri modelini quran və həyata keçirməkdə davam edən, daim yenilikləriylə abunəçilərini sevindirən Azercell daha bir ilkə imza atır. Belə ki, abunəçilərinə daha rahat və keyfiyyətli xidmət təqdim etmək niyyətiylə şirkət tərəfindən yeni Mobil Müştəri Xidmətləri yaradılıb.

Mobil Müştəri Xidmətləri qrupunun əsas məqsədi abunəçilərə daha yaxın olmaq, Azərbaycanın rayon və şəhərlərinə səfər edərək vətəndaşların istək və gözləntilərni rahat və operativ şəkildə həyata keçirməkdir. Yenicə yaradılan bu xidmətin ilkin mərhələsində Müştəri Xidmətinin əməkdaşları Azercell Ekspres ofislərinin hələ fəaliyyət göstərmədiyi rayonlara və cəbhəyani bölgələrə səfər edəcək. Səfərlər zamanı abunəçilərə Müştəri Xidmətləri və AzEx ofislərində Azercell tərəfindən təqdim olunan bütün xidmətlər göstəriləcək. Mobil Müştəri Xidmətinin əməkdaşları 27 aprel tarixində səhər bu məqsəd üçün təşkil olunmuş xüsusi nəqliyyatla ilk olaraq Azercell-in Bəsti Bağırova küçəsi, 2 ünvanında yerləşən Müştəri Xidmətləri mərkəzindən yola düşərək Saatlı-İmişli, aprelin 28-də İmişli və Füzuli, aprelin 29-da Ağcabədi və Ağdamın Quzanlı qəsəbəsinə, aprelin 30-da isə Ağcabədi və Tərtərə səfər edəcəklər. Beləcə, Azercell-in Mobil Müştəri Xidmətləri ölkə boyu səfər edərək ən ucqar ərazilərdə belə abunəçilərinin istəklərini həll edəcək.

Qeyd edək ki, müştərilərə xidmət sahəsində bu konsepsiyaya ölkədə ilk dəfə məhz Azercell tərəfindən tətbiq olunur. Məlumat üçün bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi, 2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, "online" şəkildə xidmət göstərən Azercell sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir. Müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə, Azercell müxtəlif mükafatlara layiq görülüb. Azercell Azərbaycanda ən böyük müştəri xidmətləri şəbəkəsinə - 58 Ön Masa və Azercell Ekspress ofisləri və 425 rəsmi satış məntəqəsi ilə ən geniş satış şəbəkəsinə malikdir. Bu məntəqələr yüksək keyfiyyətli servis göstərmək üçün bütün ölkə boyu müştərilərin xidmətindədir.

Müştəri xidmətləri mərkəzinə hər-hansı səbəbdən gələ bilməyən abonentlərə isə Azercell-in Mobil Ofisi dəstək olur. Xidmət əməkdaşı bu məqsəd üçün ayrılan və lazımi texniki avadanlıqla təchiz olunmuş xüsusi avtomobildə müştərilərin yanına gedərək, onlara yerində xidmət göstərir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "ASAN İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51.3% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2014-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti