...

Bakıda texnologiya sahəsində uğurlu qadınlara həsr olunmuş "DigiGirlz" konfransı keçirilib

Telekommunikasiya Materials 4 İyun 2015 19:15 (UTC +04:00)
Bakıda “Microsoft Azerbaijan” şirkətinin və Yüksək Texnologiyalar Parkının birgə təşkilatçılığı ilə qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş “DigiGirlz” konfransı keçirilib.
Bakıda texnologiya sahəsində uğurlu qadınlara həsr olunmuş "DigiGirlz" konfransı keçirilib

Bakıda "Microsoft Azerbaijan" şirkətinin və Yüksək Texnologiyalar Parkının birgə təşkilatçılığı ilə qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş "DigiGirlz" konfransı keçirilib.

"Microsoft" bütün dünyada bu təşəbbüslə çıxış edir və artıq iki il ardıcıl olaraq bu konfrans Azərbaycanda təşkil olunur.

Tədbirdə çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qadınların İKT sahəsində rolundan danışıb və qeyd edib ki, Azərbaycanda bu sahədə çalışan qadınların sayı ilbəil artır: "Biz sözügedən sahədə qadınlara lazımi dəstək verməyə hazırıq və onların uğuruna inanırıq".

Öz növbəsində "Microsoft Azerbaijan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov qed edib ki, "Microsoft" Korporasiyası dünya üzrə qadınları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir: "DigiGirlz" konfransının əsas məqsədi də məhz Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. "DigiGirlz" konfransı perspektivli tələbələrə texnologiya sahəsinin onlara verə biləcəyi imkanları və indiyə qədər mövcud istedadının açılmasına mane olan gender stereotipləri qırmaq və İKT sahəsində nə cür karyera qurmağı göstərmək üçün yaradılıb".

Tədbirdə stereotipləri qırmış və qadın üçün qeyri-ənənəvi sayılan texnologiya sahəsində karyera qurmuş mütəxəssis qadınlar iştirak ediblər. Bu konfrans gənc qadınlara sürətlə inkişaf edən texnologiya sahəsində işlərinə və ən cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanını yaradıb.

Tədbir zamanı iştirakçılar informasiya texnologiyaları sahəsində karyera qurmuş uğurlu qadınlarla ünsiyyət qurmaq imkanı əldə ediblər və bu sahədə fəaliyyət göstərməyin onlara nə verə biləcəyi ilə tanış olublar.

Konfransda "Microsoft Azerbaijan" şirkətinin marketinq üzrə meneceri Səbinə Pərvizi, "Azərbaycanın 100 biznes-qadını" təşkilatının sədri Tatyana Mikayılova, "Azerfon" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai, "Femmes Digitales" klubunun rəhbəri Yana Krimpe, həmçinin "Microsoft Azerbaijan" şirkətinin əməkdaşları çıxış ediblər.

Qeyd edək ki, "DigiGirlz" gənc qadınlara aid təhsil, elm, texnologiya, mühəndis işində və riyaziyyat sahələrinə investisiya yatıran "Microsoft" Korporasiyasının proqramıdır. Proqram qlobal iqtisadiyyatın problemlərinə və çağırışlarına hazır olan gələcəyin işçilərini hazırlanmaq məqsədini daşıyır.

"Microsoft" haqqında:

1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti