...

Bakıda "Ofis hər yerdə" aksiyası keçirilib

Telekommunikasiya Materials 5 İyun 2015 17:31 (UTC +04:00)
Bu gün Bakıda “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə “Ofis hər yerdə” adlı birgünlük aksiya keçirilib.
Bakıda "Ofis hər yerdə" aksiyası keçirilib

Bu gün Bakıda "Microsoft Azerbaijan" şirkətinin təşkilatçılığı ilə "Ofis hər yerdə" adlı birgünlük aksiya keçirilib.

Sözügedən aksiya çərçivəsində "Microsoft Azerbaijan" şirkətinin bütün əməkdaşları noutbuklarını özləri ilə götürüb ofisi tərk edərək, iş gününü "Gloria Jean's Coffees" kafesində keçiriblər. "Microsoft Azerbaijan" şirkəti hamını onlara qoşulmağa dəvət edərək, iş gününü ofisdən kənarda - park və ya kafedə keçirməyə çağırıb. Bu təşəbbüsə iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilər, həmçinin tələbələr və s. qoşulub.

Onlar sosial şəbəkələrdə özlərini #ofisheryerde həşteqi ilə qeyd edərək, həmin günü ofisdən kənarda işlədiklərini bildiriblər.

"Microsoft" Korporasiyanın əsas missiyası insanların öz məqsədlərinə çatması üçün onlara texnologiyanın istifadəsində yardım göstərməkdir. İnsanlar istədikləri resursları əldə etdikləri zaman son dərəcə yaxşı şeylər baş verir və "Microsoft" uzun illər zamanı ayrıca şəxslərin və cəmiyyətin potensialını alışdırmaq üçün texnologiyalardan istifadə edir - istənilən vaxt, istənilən yerdə.

Qeyd edək ki, "Microsoft Azerbaijan" şirkəti sözügedən aksiyanı Azərbaycanda ardıcıl olaraq artıq iki il həyata keçirir.

"Microsoft" haqqında:

1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti