...

Azərbaycanda poçt şöbələri vasitəsilə kreditləşmə mexanizmi hazırlanır

Telekommunikasiya Materials 14 Avqust 2015 22:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC tərəfindən kreditləşmə xidmətlərinin genişləndirilməsi məsələsi işçi qaydada Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Mərkəzi Bank tərəfindən nəzərdən keçirilir.

Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Poçt rabitəsi komissiyasının sədri Novruz Məmmədov deyib.

O bildirib ki, layihənin reallaşdırılması üçün adıçəkilən dövlət qurumlarının dəstəyi mühüm əhəmiyyət daşıyır: "Hazırda poçt operatoru tərəfindən kreditləşmə xidmətlərinin göstərilməsi məsələsi ilə bağlı müəyyən təkliflər planı hazırlanır. Son təkliflər işlənib hazırlanandan sonra layihə hökumətə təqdim ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti