...

Ailə TV Playerlər indi Bestel mağazalarında

Telekommunikasiya Materials 2 Mart 2016 12:44 (UTC +04:00)
Ötən il Ailə TV Azərbaycanda analoqu olmayan ilk IP TV xidmətini təqdim etmişdir. Yeni xidmətin özəlliyi, dünyanın internet olan istənilən yerindən yerli və xairici telekanalları izləmək imkanının olmasıdır.
Ailə TV Playerlər indi Bestel mağazalarında

Bakı. Trend:

Ötən il Ailə TV Azərbaycanda analoqu olmayan ilk IP TV xidmətini təqdim etmişdir. Yeni xidmətin özəlliyi, dünyanın internet olan istənilən yerindən yerli və xairici telekanalları izləmək imkanının olmasıdır. Xidmətə qoşulmaq üçün xüsusi cihaz, Ailə TV Player tələb olunur.

"Caspian Telecom" Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, indi Ailə TV Player-ləri Bestel mağazalar şəbəkəsindən də əldə etmək olar. Bildirmək istəyirik ki, Bestel mağazalarında xüsusi Ailə TV stendləri quraşdırılıb ki, burada maraqlanan şəxslər Ailə TV-nin IP TV xidmətini test edə bilərlər və istəklərinə uyğun həm nəğd həm də kredit kartları vasitəsilə Ailə TV Player-ləri əldə edə bilərlər.

Xatırladaq ki, Bestel mağazalarından savayı, ölkəmizin digər iri elektronika şəbəkələri olan Music Gallery və İntegral Plus mağazalarından da əldə etmək olar.

Ailə TV filialallarında və şəhərimizin bir sıra kiçik elektronika mağazalarında da Ailə TV Player-ləri canlı şəkildə tanış olmaq və əldə etmək mümkündür.

Ailə TV Player əldə edən abunəçilərə 3 ay müddətinə bütün telekanallar pulsuz təqdim olunur. Növbəti ayların abunə haqqlarını MilliÖn və E-Manat terminalları, Ailə TV filialları və ya aile.tv, goldenpay.az, hesab.az saytlarından keçirmək mümkündür.
Cihazın video icmalı: https://www.youtube.com/watch?v=dqMlKChFpag

Məqalədə:
Xəbər lenti

Xəbər lenti