...

BƏƏ-də səfərdə olan "Bakcell" abunəçiləri üçün yenilik

Telekommunikasiya Materials 10 İyun 2016 16:25
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Yaxın Şərq bölgəsinin aparıcı telekommunikasiya operatoru olan “Etisalat” şirkəti ilə yeni razılaşma imzalayıb.
BƏƏ-də səfərdə olan "Bakcell" abunəçiləri üçün yenilik

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti Yaxın Şərq bölgəsinin aparıcı telekommunikasiya operatoru olan "Etisalat" şirkəti ilə yeni razılaşma imzalayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu razılaşmanın şərtlərinə əsasən Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Bakcell abunəçiləri Türkiyə, Macarıstan, Almaniya, Böyük Britaniya və digər 19 ölkədə olduğu kimi hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə etmək imkanına malik olacaqlar. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

"Hazırda abunəçilərimiz ümumilikdə 168 ölkədə 417 mobil operatorun şəbəkəsində rouminq xidmətindən istifadə edə bilirlər. Bakcell olaraq, biz bu siyahını genişləndirməklə yanaşı, abunəçilərimizin rabitə xidmətlərindən və yüksəksürətli internetdən daha ucuz və münasib tariflərlə istifadə edə bilməsinə imkan yaradan ən sərfəli təklifləri təmin etmək üçün mövcud rouminq tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Yeni imzaladığımız razılaşma bu istiqamətdə atdığımız daha bir addımdır", - deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

Qeyd etmək lazımdır ki, xarici səfərdə olan abunəçilər "Bakcell Roaming" mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiqin vasitəsi ilə öz nömrələrinin balansını asanlıqla artıra bilərlər.

"Bakcell Roaming" mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu linkə daxil olun: http://www.bakcell.com/az/bakcell-rouminq-ap

Məqalədə:
Xəbər lenti

Xəbər lenti