Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi davam edir (FOTO/VİDEO)

Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi davam edir (FOTO/VİDEO)

Bakı. Trend:

Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və yüksək keyfiyyətlə işlər davam etdirilir.

Agentlikdən Trend-ə verilən məlumata görə, sözügedən avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 8 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 12 metr təşkil edəcək.

Hazırda yol boyu torpaq işləri görülür, çınqıl materialı tökülərək yeni yol yatağının inşası aparılaraq yekunlaşdırılıb. Ardınca optimal-qırmadaş və qum çınqıl qarışıqlarından ibarət normativ qalınqda yeni yol əsasının inşası işləri aparılacaq. Torpaq işləri tam olaraq bitəndən sonra isə yolun asfaltlanması işlərinə başlanılacaq ki, bu işlərin də yolun hərəkət hissəsi 7 metr nəzərə alınmaqla 170 min kv.m-dən çox ərazidə aparılması nəzərdə tutulub.

Yol çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün burda müxtəlif təyinatlı mühəndisi qurğuların inşası işləri də aparılır. Bu, suların ötürülməsi üçün küvetlərin, müxtəlif diametrli və uzunluqları 400 paqon-metr olan 15 ədəd suötürücü dəmir-beton boruların, 2 km uzunluğunda monolit dəmir-beton konstruksiyalı istinad divarlarının və dəmir-beton təhlükəsizlik çəpərlərinin tikintisidir. Artıq bu çərçivədə xeyli iş görülüb.

Layihə üzrə yol boyu uzunluqları 7, 18 və 53 metr olan 2 ədəd 1 aşırımlı, 1 ədəd isə 3 aşırımlı avtomobil körpülərinin tikintisi işləri də yekunlaşmaq üzrədir. Bundan başqa sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının inşası işləri də görülür.

Bundan başqa tikinti işləri çərçivəsində sonuncu mərhələdə yol boyu zəruri olan yerlərdə avtobus dayanacaqlarının inşası, 254 ədəd müxtəlif yol nişanları və göstərici lövhələrin quraşdırılması, həmçinin 56 km uzunluğunda üfiqi nişanlanma xətlərinin çəkilişi işləri də nəzərdə tutulub.

Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc qəsəbəsini Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Bundan başqa yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində turizmin inkişafına, həmçinin yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq. Təbii ki, bütün bunlar yol boyu yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşmasına gətirib çıxaracaq.

Dəmirçi-Lahıc avtomobil yolunun bu ilin yay aylarında tikilərək istifadəyə verilməsi nəzərdə tutulub.

"Real Madrid" 12-ci dəfə İspaniya Superkubokunu qazanıb
"Real Madrid" 12-ci dəfə İspaniya Superkubokunu qazanıb
Sevçenkonun istefaya göndərilməsinin səbəbi açıqlanıb
Sevçenkonun istefaya göndərilməsinin səbəbi açıqlanıb
Şevçenko Polşa yığması ilə danışıqlar aparır
Şevçenko Polşa yığması ilə danışıqlar aparır
Loading Bars
Xəbər lenti
Azərbaycan Ordusunun əsgəri həlak olub - MN
Almatıda saxlanılan qanunsuz aksiya iştirakçılarının sayı 2,6 min nəfərə çatıb
Şimali Koreya eyni vaxtda iki ballistik raket buraxıb
Türkiyədə son sutka koronavirusa 50 mindən artıq yoluxma qeydə alınıb
Bosfor boğazında gəmilərin hərəkəti bərpa edilib
ABŞ-da sinaqoqda girov götürən şəxsin Britaniya vətəndaşı olduğu məlum olub
Zaqatala rayonunda ev yanıb
Bosfor boğazında gəmi hərəkəti dayandırılıb
Çili sunami xəbərdarlığını ləğv edib
ABŞ prezidenti Texasda sinaqoqda girov götürülməsini "terror aktı" adlandırıb
BMT-nin əməkdaşı Türkiyədə qar uçqunu altında qalaraq həlak olub
"Real Madrid" 12-ci dəfə İspaniya Superkubokunu qazanıb
Bağdadın mərkəzində iki partlayış baş verib
Azərbaycanın səbri hüdudsuz deyil: Sərhədin demarkasiyası və Ermənistanın vaxt uzatmaq cəhdləri barədə
Mingəçevirdə binada partlayış baş verib, 2 nəfər xəsarət alıb (FOTO) (ƏLAVƏ OLUNUB)
İsrail və ABŞ kosmosun birgə tədqiqinə dair saziş hazırlayır
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Sevçenkonun istefaya göndərilməsinin səbəbi açıqlanıb
Çinin paytaxtına gələn şəxslərdən COVID-19 ilə bağlı test vermək tələb olunacaq
Türkiyədə təyyarə ilə şəhərlərarası səyahət edənlərdən PCR testi tələb olunacaq
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib
"Azəriqaz"ın smart kartlarına niyə pul yükləmək olmur? - AÇIQLAMA
2021-ci il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşdü - TƏHLİL
Avstriyada 18 yaşdan yuxarı şəxslər koronavirusa qarşı məcburi peyvəndləməyə cəlb ediləcəklər
FHN Bakıda intihara cəhdin qarşısını alıb
Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib
Hacıqabul rayon sakinlərindən “patı” və heroin aşkarlandı (FOTO)
İsmayıllı sakinindən odlu silah götürülüb
Kadbildə bombanın partlaması nəticəsində azyaşlı həyatını itirib, 4 nəfər yaralanıb
Türkiyə prezidenti Albaniyaya səfər edəcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada 808 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib
Cəlilabad sakinindən qanunsuz odlu silah aşkarlanaraq götürülüb
Ötən il gecikdirilmiş 1 257,4 min manat sosial ödənişin işçilərə ödənilməsi təmin edilib
Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlar dövlət nəzarətinə götürülüb - Komitə
Şəhid Sərxan Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib (FOTO/VİDEO)
İranda daha 31 nəfər koronavirusdan ölüb
Göyçayda xarici ölkə vətəndaşından onlayn narkotik alan qohumlar saxlanılıb (FOTO)
Türkiyədə sərnişin avtobusu yük maşınına çırpılaraq aşıb, ölən və yaralılar var (ƏLAVƏ OLUNUB)
Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı fakt nəzarətə götürülüb - DİN
Azərbaycan XİN “erməni qırğınları”na dair Ermənistan tərəfinin iddialarına cavab verib
Son iki ildə 365 min şəxsə e-qaydada fərdi hesab açılıb
Azərbaycan alternativ enerjini seçir: Perspektivlər və yeni imkanlar
Sabah Bakıda şaxtalı hava gözlənilir
Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib
Tərtərdə qanunsuz ov edən şəxslər müəyyən edilib (FOTO)
Nazirlik cəzaçəkmə müəssisəsində məhkumların koronavirusdan qorunma vəziyyətini açıqlayıb
Cəlilabadda keçmiş məhkumdan 5 kiloqram narkotik aşkarlanıb (FOTO)
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür
Argentinada COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb
ABŞ-ın 33 ştatına qar fırtınası yaxınlaşır
Yamaykada Haiti prezidentinə sui-qəsddə şübhəli bilinən keçmiş senator saxlanılıb
Zəngilanda zəlzələ olub
NATO Finlandiya və İsveçi bir gecədə bloka qəbul edə biləcəyini açıqladı
Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb (FOTO)
Texasdakı sinaqoqda girov götürülən şəxslərin hamısı azad edilib (ƏLAVƏ OLUNUB)
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri Azərbaycanın gələcək inkişafının bünövrəsidir
Pekində "omikron" ştammına ilk yoluxma halı qeydə alınıb
Dünya hərbi fəlakətin bir addımlığındadır - "The Economist"
Türkiyədə son sutka koronavirusa 63 mindən artıq yoluxma qeydə alınıb
ABŞ Rusiya ilə təhlükəsizliklə bağlı dialoqu davam etdirməyə ümid edir
Yaponiyada sunami səbəbilə 210 min nəfərin təxliyə edilməsi nəzərdə tutulub
Britaniyada sutka ərzində koronavirusa yoluxanları sayı 80 mini ötüb
COVAX mexanizmi vasitəsilə 1 milyard doza peyvənd tədarük edilib
Çexiya prezidenti Pekin Olimpiadasının boykotunu pisləyib
Şevçenko Polşa yığması ilə danışıqlar aparır
Nigeriya yığması Afrika Millətlər Kubokunun pley-offuna vəsiqə qazanıb
Fransada sanitar buraxılışlara qarşı etiraz aksiyalarında 50 mindən çox insan iştirak edib
Aİ kibertəhlükəsizlik üzrə təlimlərə başlayıb
Türkiyənin müdafiə naziri Suriyada 44 terrorçunun zərərsizləşdirildiyini bildirdi
Şuşa Azərbaycanın tarixində və mədəniyyətində mühüm yer tutan şəhərdir - “Euroreporter” portalı
Azərbaycan daha bir ermənini təhvil verdi
İsrailin maliyyə naziri koronavirusa yoluxub
Biləsuvarda birmərtəbəli ev yanıb
Gürcüstanda "omikron" ştammına yoluxanların sayı artıb
KTMT sülhməramlıları yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq
Tərtərdə yol qəzası baş verib, 1 nəfər ölüb (FOTO)
Yaponiya sahillərində sunami qeydə alınıb
Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadi artım mərhələsinə qədəm qoyub
Qazaxıstanda iğtişaşlar nəticəsində 225 nəfər ölüb
Azərbaycanda "Texnofest" festivalının keçiriləcəyi tarixlər açıqlandı
"Qarabağ"ın rəqibinə yeni transferlər etmək qadağan edildi
İranda güclü zəlzələ baş verib
Bakıda güclü külək bir sıra fəsadlar törədib (VİDEO)
Azərbaycanda bütün məhkumlar vaksin edilib - Ədliyyə Nazirliyi
Bu il əmək bazarında ən çox hansı vəzifələrə tələbat olacaq?
Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq - Xələf Xələfov
Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası davam edir
Əhalinin bir ildə ticarət şəbəkələrində xərclədiyi pulun həcmi açıqlandı
Bəzən məhkumlar yaxınları və vəkilləri vasitəsilə virusa yoluxurlar - İdarə rəisi
Vətən müharibəsi iştirakçıları "Müharibə veteranı" adını və təqaüdü yanvar ayı ərzində ala biləcəklər
Xalq artisti Azər Dadaşovun yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)
İrandan idxal edilən bibərdə virus aşkarlanıb
İranda son sutkada koronavirusdan 18 nəfər ölüb
Bakıda gənc qız itkin düşüb (FOTO)
II Qarabağ İqtisadi Forumu keçiriləcək
UNEC-də qış imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib (FOTO)
Suraxanıda 8 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb, 30 nəfər saxlanılıb (FOTO/VİDEO)
Qazaxıstanın energetika nazirinin sabiq müavini saxlanılıb
Bütün xəbərlər