Bakı. Sədrəddin Ağcayev - Trend:
2024-cü ilədək Azərbaycanın bütün rayonları tam internetlə təmin olunacaq.
Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib.
O bildirib ki, nazirliyin əsas tapşırıqlarından biri rəqəmsal transformasiya üçün zəruri infrastrukturun yaradılmasıdır:
"Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi internetlə çıxışla bağlı problem var. 2024-cü ilədək bütün Azərbaycan, hətta ən ucqar rayonlar belə fiber-optik internet bağlantısı ilə təmin olunacaq".
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)