Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan
“AzInTelecom” MMC-nin
rəsmi nümayəndəsi Bakıda keçirilən “Dayanıqlı inkişaf üçün
texnologiyalar: Dördüncü
Sənaye İnqilabı texnologiyaları və bulud həlləri” tədbirində
iştirak edərək şirkətin təqdim
etdiyi məhsul və xidmətlər barədə ətraflı məlumat verib.
Trend-in məlumatına görə, “AzInTelecom” MMC-nin İdarə heyəti sədrinin müşaviri Sadiq Yolçuyev çıxış edərək şirkətin Azərbaycanın və region ölkələrinin dövlət qurumları ilə birgə həyata keçirdiyi layihələr və əməkdaşlıq prosesləri haqqında danışıb. Bildirib ki, “AzInTelecom” MMC dövlət qurumları və özəl müəssisələr üçün elektron və rəqəmsal imza, informasiya təhlükəsizliyi xidmətləri, ödəniş sistemi, sertifikatlaşdırma, beynəlxalq səs trafiki, IMEI qeydiyyat və bulud əsaslı müxtəlif xidmətlər təqdim edir: “Dizaynı və inşası TIER3 – beynəlxalq dayanıqlılıq standartlarına cavab verən Data mərkəzlərimizdə dövlət və özəl təşkilatlara bulud və informasiya texnologiyaları xidmətləri təqdim edirik. 2022-ci ildə isə eyni standartlara cavab verən və eyni sertifikatlara malik olan Yevlax Data Mərkəzi inşa edilərək istifadəyə verilib.
“AzInTelecom” MMC dövlətə məxsus Data mərkəzləri üzərindən
tətbiq edilən bulud
texnologiyaları əsasında dövlət qurumlarının “Hökumət buludu”na
miqrasiyasını həyata
keçirir. Cənab Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli
718 nömrəli Fərmanının
icrası məqsədilə bu günədək rəqəmsallaşma prosesini tamamlayan və
miqrasiyaya
hazır olan 93 dövlət qurumunun informasiya sistemlərinin tam və ya
qismən miqrasiyası
yekunlaşdırılıb.
Hazırda “AzInTelecom” MMC “Hökumət buludu”nun təhlükəsizliyinin
gücləndirilməsi
üçün şəbəkə sisteminin təkmilləşdirilməsi məqsədilə Xüsusi Rabitə
və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə işlər həyata keçirmək
istiqamətində danışıqlar
aparır”.
Sadiq Yolçuyev qeyd edib ki, təxminən bir il əvvəl “AzInTelecom”
MMC tərəfindən bulud,
açıq açar və üztanıma texnologiyalarına əsaslanan yeni nəsil
gücləndirilmiş rəqəmsal
imza – SİMA yaradılaraq vətəndaşların istifadəsinə verilib: “Artıq
SİMA mobil tətbiqi 300
mindən çox istifadəçi tərəfindən yüklənilib. Yaxın günlərdə
sahibkarlar üçün SİMA
rəqəmsal imzanın istifadəyə verilməsi nəzərdə tutulur.
“AzInTelecom” MMC həyata
keçirdiyi innovativ layihələr, təqdim etdiyi məhsul və xidmətlər
çərçivəsində
Azərbaycanın və regionun dördüncü sənaye texnologiyalarının tətbiqi
ilə rəqəmsal
transformasiyasını sürətləndirməkdə davam edir”.
S.Yolçuyev vurğulayıb ki, “AzInTelecom” MMC bulud xidmətlərinin
genişləndirilməsi və
təkmilləşdirilməsi məqsədilə qabaqcıl ölkələrin təcrübəsini daim
öyrənir və bu
istiqamətdə həyata keçirilən işlərdən biri olaraq 2022-ci ilin
avqust ayında “Bulutistan”
şirkəti ilə memorandum imzalanıb. Memoranduma əsasən, bulud
həllərinin
Azərbaycanda və regionda inkişafı üzrə birgə əməkdaşlıq fəaliyyəti
nəzərdə tutulur.