...

Azərbaycanda Toll Free xidməti tətbiq ediləcək

Telekommunikasiya Materials 26 Dekabr 2005 17:04 (UTC +04:00)

Azərbaycanda Toll Free xidməti tətbiq ediləcək. Bu istiqamətdə işlər Aztelekom İB və Amerikanın AvirTel Inc. Şirkəti ilə birgə aparılır. Trend bildirir ki, dekabrın 26-da bu barədə AvirTel Inc. Şirkətinin Bakı ofisinin rəhbəri İsmayıl Şabani bəyan edib. Toll Free şirkətinin nömrələri 800, 888, 877 yaxud 866 prefiksinə malikdir.

Toll Free (hərfi tərcümədə - "şəhərlərarası (beynəlxalq) danışığa görə ödəmədən azad olunmaq") nömrələri elə telefon nömrəsidir ki, zəng edən şəxs bunun üçün heç nə ödəmir. Toll Free-yə zəng isə dünyanın istənilən yerində göstərilən nömrəyə avtofmatik olaraq yönəldilir. Məsələn, siz ünvanınızı dəyişib Azərbaycanın istənilən yerinə köçdükdə sizin bu nömrəniz dəyişməz qalır və siz bu nömrədən gedəcəyiniz yerdə də rahatlıqla istifadə edə bilərsiniz.

İ.Şabaninin sözlərinə görə, xidmət artıq 2006-cı ildə istifadəçilərə təqdim ediləcək.

"Hazırda Azeurotel, BTRİB, Catel və Ultel-in müəssisələrində bu istiqamətdə zəruri olan işlər həyata keçirilib, yəni bu xidmətdən istifadə edən şirkətlərə ünvanlanmış zənglərə görə AvirTel Inc. Heç nə ödəmir, müvafiq olaraq zənglər yalnız müəssisənin giriş trafiki vasitəsilə daxil olur. Ödəmələr Aztelekom və AvirTel Inc. ilə bərabər olaraq həyata keçirilir" -deyə AvirTel. şirkətinin nümayəndəsi bildirib.

Bu sistemə qoşulan şəxslərin 109 - məlumat xidmətindən istifadə etməsinə ehtiyac yoxdur, belə ki, abunəçilərə Toll Free nömrəsi 088 kodu ilə birgə verilir. Bu nömrələrə zənglər provayder stansiyası vasitəsilə yönəldilir. Bu stansiya nömrələrin ötürülməsi və bu nömrələrin həmin şirkətin telefon xəttinə qoşulması üçün proqramlaşdırılıb. Nömrə belə yığılır: - 088 sonra şirkətin adı yazılır və 24 saat ərzində həmin şirkətlə fasiləsiz rabitə mümkündür. Buna görə zəng edən heç bir haqq ödəmir, AvirTel-in abünəçiləri olan şirkətlər paytaxt daxilində zənglərə görə 1 dəqiqə üçün 300 manat, Azərbaycanın şəhərlərindən və regionlarından isə 1 dəqiqə üçün 900 manat ödəyəcək. Beləliklə, sistemə qoşulma qiyməti 20 min manat təşkil edir.

"Gələn il bu xidmət üçün tarif 900 manatdan 650 manatadək azaldılacaq" -deyə İsmayıl Şabani fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti