...

Azərbaycanın ULTRA şirkəti NEXUS noutbuklarının istehsalına başlayacaq

Telekommunikasiya Materials 11 Aprel 2006 15:50 (UTC +04:00)

Mayda Azərbaycanın ULTRA şirkəti Panasonic texnologiyası üzrə NEXUS noutbuklarının istehsalına başlamağı planlaşdırır. Trend in verdiyi məlumata görə, bu barədə şirkətin baş direktoru Tahir Mirkişili məlumat verib.

Onun sözlərinə görə, istehsal Yaponiyanın Panasonic şirkəti ilə imzalanan razılışma əsasında aparılacaq.

Şirkətin rəhbəri qeyd edib ki, yeni noutbukların əsas üstünlüyü əvvəllər istehsal olunanlarla müqayisədə çəkisinin yüngül (cəmisi 800 qram) olmasındadır.

Şirkət Azərbaycanın IT bazarında 1999-cu ildən fəaliyyət göstərir. Şirkətin prioritet istiqaməti texnoloji yeniliklər bazarına daxil olmaqdır.

Xəbər lenti

Xəbər lenti