...

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilin birinci yarısında Azərbaycanın İT-sahəsinə 13,25 milyon AZN-dən artıq sərmayə qoyub

Telekommunikasiya Materials 8 İyul 2006 11:47 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun aylarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın telekommunikasiya sahəsinə 13,25 milyon AZN məbləğində sərmayə qoyub. Nazirlikdən Trend ə verilən xəbərə görə, ilk yarımillikdə sərmayələr rabitə obyektlərinin təkmilləşdirilməsinə, Bakı ətrafında və Azərbaycan bölgələrində yeni telefon xəttlərinin yaradılmasına yönəldilib.

İlin birinci yarısında Aztelekom İB - 4,96 milyon AZN, Bakı Telefon Rabitəsi İB - 5,22 milyon AZN, Teleradio İB - 1,48 milyon AZN, Azərpoçt DM - 431,1 min AZN sərmayə qoyub.

2005-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin telekommunikasiya sahəsinə 157,571 milyard (köhnə) manat kapital qoyub, bu isə 2004-cü ilə nisbətən təxminən 66 milyard manat çoxdur.

Xəbər lenti

Xəbər lenti