...

Azərbaycan "Global Technology Revolution-2020" tədqiqatının reytinqində Çin, Hindistan, Braziliya və Ermənistanı geridə qoyub

Telekommunikasiya Materials 19 İyul 2006 18:15 (UTC +04:00)

RAND korporasiyası "Qlobal Texnoloji İnqilab 2020" (Global Technology Revolution-2020) tədqiqatını dərc edib. Tədqiqatda yaxın on beş ildə elm və texnikanın necə inkişaf edəcəyi proqnozlaşdırılır.

Trend in verdiyi xəbərə görə, sənəddə qeyd olunub ki, tədqiqatlara əsasən, elmi-texnoloji inkişafın ən çox ümid verən 16 istiqamətinin adı çəkilib: ucuz günəş enerjisi, simsiz rabitə texnologiyaları, genetik surətdə şəklini dəyişmiş bitkilər, su təmizləmə metodları, ucuz mənzil tikintisi, ekoloji cəhətdən təmiz sənaye istehsalatı, "hibrid" avtomobillər (yəni, yanacaq qismində yalnız benzin deyil, həm də elektrik enerjisi və s. istifadə edən), "nöqtə" şəklində təsir edən tibb preparatları, canlı orqanizm toxumalarının süni surətdə istehsalı və s.

Məruzədə dünya ölkələrinin müasir elm və texnologiya imkanlarının reytinqi öz əksini tapıb. Reytinqdə əhalinin 1 milyonuna düşən alim və mühəndis sayı, dərc olunmuş elmi məqalələrin sayı, elmə sərf olunan vəsait, alınmış patentlərin sayı və s. kimi amillər təhlil olunub.

Reytinqin hazırlanması zamanı 1992-ci ildən 2004-cü ilə qədər dövrdəki məlumatlardan istifadə olunub. Reytinqə əsasən, yeni material və texnologiyaların yaradılması, həmçinin onların tətbiqi sahəsində ABŞ ən böyük potensiala malikdir (5.03 bal alıb). ABŞ onun ardınca gələnləri xeyli qabaqlayıb. İkinci yeri tutan Yaponiya - 3.08 bal, Almaniya isə (üçüncü yer) - 2.12 bal alıb.

İlk onluğa Kanada (2.08), Tayvan (2.00), İsveç (1.97), Böyük Britaniya (1.73), Fransa və İsveçrə (hər biri 1.60), İsrail (1.53) daxildir.

Azərbaycan 0.11 bal yığaraq, bu siyahıda 38-ci yeri tutub və beləliklə də, Çin, Hindistan, CAR, Braziliya, Ermənistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Gürcüstanı qabaqlayıb.

Reytinqdə axırıncı yerləri hər biri cəmi 0.51 bal alan Çad, Laos, Şimali Koreya, Qabon tutub.

Xəbər lenti

Xəbər lenti