...

Smart Systems Technology TuranBank üçün işlər görür

Telekommunikasiya Materials 13 Oktyabr 2006 12:50 (UTC +04:00)

Smart Systems Technology TuranBank ASC üçün işlər görür. Şirkətdən Trend ə verilən xəbərə görə, işlər sentyabr ayında imzalanmış saziş əsasında həyata keçirilir.

Sazişin predmeti bankın Bakıdakı baş ofisi və onun Binəqədi filialı arasında 128 kbit/s sürət kanalının çəkilməsidir. İşlər oktyabr ayının sonuna qədər başa çatacaq.

Əvvəllər Smart Systems Bank Respublika, Bank of Baku, ƏmrahBank və b. üçün də analoji işlər görüb.

Smart Systems Technology 1999-cu ilin noyabr ayında yaradılıb. Şirkət bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırma xidmətləri, telekommunikasiya şəbəkələrinin quraşdırılmasının layihələndirilməsi, bank və maliyyə sahəsində mürəkkəb informasiya sistemlərinin, konsaltinq xidmətlərinin hazırlanması, internet-xidmətlərin göstərilməsi, müasir kommunikasiya avadanlığının satışı və s. ilə məşğul olur. Şirkət həmçinin Oracle korporasiyasının rəsmi tərəfdaşıdır.

Xəbər lenti

Xəbər lenti