Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" BM-lə Polşanın "Centertel" operatoru arasında GPRS/MMS rouminq müqaviləsi bağlanıb. Bu barədə Trend BM-in məlumatına istinadən xəbər verir.
"Azercell Telekom" Polşa ilə üçüncü dəfədir ki, GPRS/MMS xidməti üzrə rouminq tərəfdaşı olur. Belə ki, Azercell artıq Polşanın "Polkomtel" və "Era" şirkətləri ilə bu sahədə əməkdaşlıq edir.
"İndi "Azercell" və "Centertel" arasında istifadəyə verilən yeni GPRS/MMS rouminq xidməti Polşada səfərdə olanların daha rahat və geniş çeşiddə xidmət almasına yardım edəcək" - deyə məlumatda bildirilir.
Xatırladaq ki, "Azercell Telekom" BM artıq 30 ölkənin 60 operatoru ilə GPRS/MMS rouminq müqaviləsi imzalayıb.