...

Bakıda Azərbaycanla Latviya arasında elektron sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək

Telekommunikasiya Materials 15 Yanvar 2007 10:22 (UTC +04:00)

Latviyanın Azərbaycandakı səfirliyinə istinadən Trend xəbər verir ki, Bakıda Azərbaycanla Latviya arasında elektron sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.

Danışıqlar Latviyanın elektron idarəetmə məsələri üzrə naziri İnna Qudelenin fevralın iknci yarısında Azərbaycana gözlənilən səfəri çərçivəsində aparılacaq. Görüşün əsas mövzusunu informasiya texnologiyaları sahəsində əməkdaşlıq təşkil edəcək. Azərbaycan latviyalı IT sahələri ilə birgə müəssisələrin hazırlanmasında maraqlıdır, belə ki, bu sahə Latviyada çox inkişaf edib.

Xəbər lenti

Xəbər lenti