...

Azərbaycan CeBIT-2007 beynəlxalq sərgisində iştirak edəcək

Telekommunikasiya Materials 15 Fevral 2007 17:36 (UTC +04:00)

Azərbaycan martın 15 -dən 21-dək Hannoverdə keçiriləcək CeBIT-2007 illik beynəlxalq IT-texnologiyalar sərgisində iştirak edəcək. Trend Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən illə müqayisədə 2007-ci ildə Azərbaycanın nümayəndə heyəti müşahidəçi qismində çıxış edəcək.

Ötən il sərgidə rabitə nazirinin müavini İltimas Məmmədovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyəti və Sinam, Aztelekom, AtaTexnologiya, Ultra və s. İKT şirkətləri iştirak edib. Azərbaycana sərgidə öz stendini yerləşdirmək üçün 100 kv. metrlik sahə verilib.

70 ölkədən 6500-dən çox eksponentlər burada aşağıdakı istiqamətlər üzrə ən yeni işlərini təqdim edəcəklər: informasiya texnologiyaları, şəbəkələr, məlumatların toplanması və emalının avtomatlaşdırılması, proqram təminatı, internet, layihələndirmə və istehsalat üçün kompleks həllər, telekommunikasiyalar, bank texnologiyaları və təhlükəsizlik sistemləri, ofisin avtomatlaşdırılması, elmi tədqiqatlar və texnologiya transferi, konsaltinq.

Xəbər lenti

Xəbər lenti